Dünyanın ən yaxşı analitik mərkəzinin adı bəlli oldu

ABŞ-ın Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində dünyanın analitik mərkəzlərinin reytinqi təqdim edib.

Reytinqi ABŞ-ın Pensilvaniya Universitetinin alimləri hazırlayıblar. Alimlər dünyadakı 176 tədqiqat mərkəzinin fəaliyyətini analiz ediblər.

Yeni reytinqdə siyahıya ABŞ-ın Karnegi Fondu rəhbərlik edib. İlk onluğa düşənlər siyahısında ABŞ, Belçika və Fransadan olan şirkətlər yer alıb.