Əfv Sərəncamı yüzlərlə ailəyə sevinc bəxş etdi
Yusif Nəzərli
08:28 11.05.2023
Aktual
443
Bu Sərəncam milli birliyimizi, həmrəyliyimizi gücləndirən mühüm bir hadisə kimi tarixə düşdü
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə verilən Əfv Sərəncamı bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin fəaliyyətinin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı və xoşbəxtliyi dayanır. Bu Sərəncamla dövlətimizin başçısı yüzlərlə ailəyə sevinc bəxş etdi, yeni nəfəs gətirdi. Bu, Azərbaycan tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Bu dəfə əvvəlkilərindən daha çox - 801 məhkum əfv edildi.
Onlardan 463 nəfəri azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan azad olundu. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu siyasi kursun təməlini humanizm, insanpərvərlik təşkil edir. Məhz bu strategiyanın uğurlu nəticəsidir ki, Azərbaycan vətəndaşı bu gün tarixinin ən şanlı və şərəfli dövrünü yaşayır. Ulu Öndər hər zaman humanist dəyərlərə söykənərək verdiyi sərəncamlarla minlərlə vətəndaşımızı əfv edib. Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilən bu siyasət artıq ənənə halını alıb. Dövlət başçısı bu humanist addımları ilə Azərbaycan vətəndaşına yüksək dəyər verir, hüquq və azadlıqlarını hər şeydən uca tutur. Sərəncamın Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanması onun siyasi kursuna, zəngin mənəvi irsinə, dövlətimizin və xalqımızın həyatında misilsiz xidmətlərinə verilən ən ali dəyərdir.
Millət vəkili Vüqar Bayramov deyib ki, Əfv Sərəncamı şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan tarixində ən böyük əfv aktıdır:
"Çoxlu sayda ailələri sevindirən bu Sərəncam humanizm, insanpərvərlik, insan hüquqlarının daha yaxın qorunması kimi dəyərlər ilə yanaşı sosial baxımdan da vacibdir. Əfv olunmaq həmin vətəndaşlarımızın cəmiyyətə sosial inteqrasiyası və onların öz ailələrinə maddi dəstəyi baxımından da önəmlidir. Xüsusən də ailə üzvünün məhkumluq həyatına görə sosial vəziyyəti pisləşmiş ailələr üçün bu, xüsusi dəstək kimi xarakterizə oluna bilər. İnanırıq ki, əfv olunan vətəndaşlarımız üçün bundan sonra qanunun aliliyini qorumaq, cəmiyyətə reinteqrasiya olunmaq və öz ailəsinə və dövlətinə dəstək nümayiş etdirmək əsas hədəf olacaq".
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov da bildirib ki, yüzlərlə ailəni sevindirən çox möhtəşəm bir hadisəyə hamımız şahidlik etdik: "Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Prezident İlham Əliyev tərəfindən 801 nəfəri əhatə edən əfv sərəncamı imzalandı və sərəncamın icrasına başlanıldı.
İndiyə qədər dövlət başçısı tərəfindən dəfələrlə əfv sərəncamlarının imzalandığını bilirik. Lakin budəfəki əfv sərəncamı əvvəlkilərdən bir mühüm cəhəti ilə fərqlənir ki, bu sərəncam say baxımından daha çox insanı əhatə edir. Ona görə də bu sərəncam müstəqillik tariximizin ən böyük əfv sərəncamı hesab olunur. 801 məhbusa və onların ailələrinə sevinc gətirən bu humanist addıma görə cənab Prezidentə təşəkkürümü bildirirəm. Əfv olunan vətəndaşlarımızı və onların ailə üzvlərini isə təbrik edirəm. Bu hadisə milli birliyimizi, həmrəyliyimizi gücləndirən mühüm bir hadisə kimi tarixə düşdü".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiya və minimum əməkhaqqı artır - VİDEO
12:47 19.09.2026
İqtisadiyyat
Sabahın hava proqnozu açıqlanıb
12:37 19.09.2026
Ekologiya
20 Sentyabr tarixi dönüş nöqtəsidir - ŞƏRH
12:28 19.09.2026
Gündəm
Erməni ordusu müharibəyə hazırlaşır: 500 km uça bilən PUA...
12:05 19.09.2026
Dünya
Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapıldı
11:57 19.09.2026
Hadisə
Elşad Namazov vəzifəsindən ayrıldı
11:39 19.09.2026
Cəmiyyət
Tramp: Çinlə münasibətlərimiz yaxşıdır
11:29 19.09.2026
Dünya
Azərbaycan duz istehsalını 18 %-ə yaxın artırıb
11:15 19.09.2026
İqtisadiyyat
Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır
11:03 19.09.2026
Mədəniyyət
Tramp BMT Baş Assambleyasında Zelenski ilə görüş planlaşdırmayıb
10:57 19.09.2026
Dünya
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? – SÜRPRİZ
10:54 19.09.2026
İnfrastruktur
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
10:52 19.09.2026
Aktual
Türk Dünyası Bəstəkarlar Birliyi yaradılacaq
10:45 19.09.2026
Mədəniyyət
Harri Keyn Bundesliqada tarix yazdı
10:37 19.09.2026
Futbol
Zaxarova: Rusiya və Gürcüstan xalqları bir-birinin həsrətindədirlər
10:09 19.09.2026
Dünya