
Ekspert: Borrell Ermənistanın mirzəsi rolunda göründü
Yusif Nəzərli
06:00 15.02.2024
Aktual
652
Qərb bir növ Ermənistanın təxribatlarına haqq qazandırdı
Bakı isə açıq təxribatla bağlı Avropa İttifaqından daha obyektiv, bitərəf mövqe gözləyirdi
Avropa Birliyinin rəsmisi Jozep Borrell Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdə şərti sərhədlərdəki insidentdən də danışıb. Borrell bildirib ki, Ermənistan tərəfinin Azərbaycan əsgərlərinə atəş açması təəssüf doğursa da, Azərbaycan qeyri-proporsional reaksiya verib. O vurğulayıb ki, Azərbaycan Ermənistan Müdafiə Nazirliyinin ötən gün baş vermiş insidentin tam araşdırılacağı ilə bağlı bəyanatına məhəl qoymayıb.
Rəsmi Bakı Borrellin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransı zamanı Azərbaycan əleyhinə əsassız iddialarını pisləyib. Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, ali nümayəndə Jozep Borrellin hərbi təcavüz törətmiş Ermənistan tərəfinə bəraət qazandırması, Ermənistanın hərbi təxribatına göz yumulması kimi qiymətləndirilir: "Təəssüf ki, AB tərəfi 5 ay sabitlik hökm sürəndən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanmasına etinasız yanaşır. Azərbaycan tərəfindən təxribata cavab olaraq atılmış addımlar tam adekvat və lokal xarakterli idi. Bu tədbirlər həmçinin Ermənistan tərəfindən hərbi eskalasiyanın genişlənməsi cəhdlərinin qarşısını alıb. Bununla yanaşı, bir daha vurğulamaq istərdik ki, AB-nin ali nümayəndəsinin silahlı qüvvələrin geri çəkilməsi barədə heç bir praktiki əhəmiyyətə malik olmayan təklifi təəssüf doğurur. AB tərəfi nəzərə almalıdır ki, Ermənistan tərəfindən sərhədyanı bölgələrdə “Avropa Birliyi missiyası himayəsi” altında yerləşdirilmiş muzdlular Azərbaycan hərbçilərinin və mülki əhalisinin həyatına təhdiddir". Həmçinin qeyd olunub ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunu könüllü olaraq tərk etmiş erməni əsilli sakinlərin məcburi köçkün kimi qələmə verilməsi və Azərbaycanın ərazisi olan bu bölgəyə münasibətdə “Dağlıq Qarabağ” kimi mövcud olmayan adlardan istifadə edilməsi qəbuledilməzdir: "Azərbaycan tərəfinin dəfələrlə erməni sakinlərin öz evlərində qalması üçün müraciətlər etdiyi AB tərəfinə yaxşı məlumdur. Əfsuslar olsun ki, ərazini tərk etmiş erməni sakinlərə münasibətdə hətta ermənilərin dilə gətirmədiyi əvvəlki rəqəmlərə istinada ali nümayəndə tərəfindən düzəliş edilməsinə baxmayaraq, bu məsələdə də nümayəndənin erməni təbliğatının təsirində olduğu aydın görünür. Bir daha təəssüflə qeyd edirik ki, Avropa Birliyi Şurasının prezidenti Şarl Mişelin sülhə yönəlmiş təşəbbüslərinə baxmayaraq, xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə birtərəfli ermənipərəst mövqe tutaraq Azərbaycanla Avropa Birliyi təsisatları arasında uçurum yaradır və özünü nəticə etibarilə Azərbaycan-Ermənistan normallaşma prosesindən tamamilə təcrid edir".
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov "Sherg.az"a bildirib ki, Mirzoyan-Borrel görüşündə Aİ rəsmisinin açıqlamaları təəssüf doğurur. Ekspert vurğulayıb ki, açıq təxribatla bağlı Avropa İttifaqından daha obyektiv, bitərəf mövqe gözləyirdik:

"Borrel açıq şəkildə İrəvanı dəstəkləməklə bir növ Ermənistanın təxribatlarına haqq qazandırmış oldu. Hesab edirəm ki, çox yanlış yanaşmadır. Bu mövqe Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərinə ciddi zərbə vura bilər. Nəzərə alaq ki, Avropa İttifaqının "mülki missiyası" Ermənistan-Azərbaycan şərti dövlət sərhədində yerləşdirilib. Təbii ki, Azərbaycanın bu məsələdə razılığı olmamışdı. Borrel qərəzli açıqlamaları ilə missiyaya "yox" deyən Bakının deyil, İrəvanın mövqeyini müdafiə edir. Aİ rəsmisinin uğursuz bəyanları qurum üzvü olan və Azərbaycanla strateji müttəfiqlik müqaviləsi bağlamış ölkələrin də mövqeyinə zərbədir. Həm də Borrelin məsələyə bu cür yanaşması gələcəkdə regionda yarana biləcək gərginliyə əsas yaradır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çox idman etmək dəmir çatışmazlığı yarada bilər
15:35 11.08.2026
Sağlamlıq
Məişət zorakılığının ən çox qeydə alındığı RAYONLAR
15:17 11.08.2026
Cəmiyyət
Oman körfəzində konteyner gəmisi raketlə vuruldu
15:06 11.08.2026
Dünya
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
15:01 11.08.2026
Hadisə
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
14:43 11.08.2026
İnfrastruktur
Tramp ABŞ-ın silah ehtiyatlarının tükənməsində günahkarı göstərdi
14:10 11.08.2026
Dünya
Sabah yağış yağacaq
14:07 11.08.2026
Ekologiya
Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - FOTO
14:06 11.08.2026
Hadisə
Kamila Valieva: “İrəli və mahnı ilə!”
14:05 11.08.2026
İdman
Sirkədən zəhərlənən 2 nəfər öldü
13:47 11.08.2026
Hadisə
Putin: “Altay Avropadan daha yaxşıdır”
13:39 11.08.2026
Gündəm
Ermənistan üçün yeni qaz mənbəyi: TRIPP qaz kəməri
13:32 11.08.2026
Region
Latviya Belarusla sərhəddə gizli tunel aşkar etdi
13:15 11.08.2026
Dünya
Messi “İnter Mayami”də çıxışını dayandırdı
12:57 11.08.2026
Futbol
Asılılıqdan qurtulmaq mümkündür - Psixoloqdan vacib tövsiyələr
12:37 11.08.2026
Sağlamlıq
Voronejdəki anbardakı malların böyük hissəsi qorunub
12:15 11.08.2026
Dünya