Elektrik yarımstansiyası yenidən qurulur
17:32 28.11.2019
Aktual
655
50 ildən artıqdır istifadədə olan “İçərişəhər” alçaldıcı yarımstansiyasının elektrik qurğu və avadanlıqları fiziki cəhətdən köhnəldiyindən yenisilə əvəzlənməsi zərurətə çevrilib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu məqsədlə təhlükəsizlik və elektrik enerjisi təminatı ilə bağlı alternativ mənbələrinin yaradılması ilə yarımstansiyada əsaslı təmir işləri aparılır. Hazırda burada köhnə avadanlıq sökülərək, yeni avadanlıqlar quraşdırılıb.
Bildirilib ki, dövrün tələbləri nəzərə alınaraq, yarımstansiyasında 2 güc (630 kvA), 2 işıqlandırma (400 kvA) və işarəvermə avadanlığının qidalanmasını təmin edən 2 qurğu (63 kvA) olmaqla, cəmi 6 transformator dəyişdirilib. Sökülən bütün avadanlıqlar dünyada bu sahədə tanınmış şirkətlərdən biri olan "Siemens"in müasir cihazları ilə əvəzlənib. Sistemin eyni şirkətin avadanlıqlarından qurulması onların istismarı və qulluğunu daha səmərəli şəkildə təşkil etməyə imkan verib. Hazırda təchizatçı şrkətin nümayəndələri ilə birlikdə avadanlığın sazlanması və sınaq işləri aparılır.
Qeyd edilir ki, son illərdə bu istiqamətdə mühüm işlər yerinə yetirilib. Ötən iki il ərzində yeni istehsalat və təmir sahələri ilə böyüyən "Nərimanov" elektrik deposunda elektrik təchizatı sistemi yenidən qurulub və iki yeni elektrik yarımstansiyası istifadəyə verilib. Bundan savayı, "Sahil", "Gənclik", "Elmlər Akademiyası" stansiyalarında da elektrik yarımstansiyaları tamamilə yenidən qurulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm