Elektriklə işləyən taksilərdə qiymət fərqi olacaq
14:05 10.02.2020
Aktual
631
"Bakıya gətiriləcək elektriklə işləyən taksilərin qiyməti fərqli olacaq". Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında ''Bakı Taksi Xidməti'' MMC-nin baş direktoru Fuad Əliyev məlumat verib.
O bildirib ki, elektriklə işləyən taksilərdə qiymətlərin necə olacağını indidən söyləmək olmaz. Lakin qiymət artması barədə də danışmaq yersizdir:
"Elektriklə işləyən taksilər müasir texnologiyalarla təchiz edilib. Bununla yanaşı, taksilərə fiziki qüsurlu şəxslərin rahat minib-düşməsi üçün panduslar quraşdırılıb. Üstəlik, yeni taksilər "Android" sistemlə də təchiz olunub. Bu taksilər yüksək səviyyədə komfortlu avtomobillərdir. Elektriklə işlədiyindən əlbəttə ki, onların qiymətlərində digər taksilərlə müqayisədə fərq ola bilər" .
Qeyd edək ki, bu taksidən istifadə edən sərnişinlər ödənişi POST-terminallar vasitəsilə də ödəyə bilir. Üç ay ərzində Bakıya yeni "London taksi"ləri gətiriləcək. Artıq bu taksilərin sifarişi verilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında ''Bakı Taksi Xidməti'' MMC Bakıya nümunə olaraq müasir standartlara cavab verən 1 ədəd "London taksi"si gətirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual