Əli Əhmədovdan seçkilərlə bağlı: "Böyük məsuliyyət və vəzifə..."
16:45 23.12.2019
Aktual
362
"Bələdiyyə seçkiləri başa çatdı. İnanıram ki, Yeni Azərbaycan Partiyasının namizədləri seçicilərin səslərinin çoxunu qazanaraq yenə də seçkilərin qalibi ola biləcək. Bu inam hər şeydən əvvəl ölkədə uğurla həyata keçirilən Prezident İlham Əliyevin siyasətinə və onun hamı tərəfindən yüksək qiymətləndirilən nəticələrinə əsaslanır. Azərbaycanın böyüyən iqtisadiyyatı, insanların artan rifahı, şəhərlərin və kəndlərin dəyişən və müasirləşən siması, insanlara rahatlıq gətirən infrastruktur layihələri, ordumuzun güclənməsi və sair möhtəşəm nailiyyətlərimiz seçkilərdə qələbəmizin obyektiv əsaslarıdır".
Bunu Baş nazirin müavini, YAP Sədrinin müavini, İcra katibi Əli Əhmədov Feysbuk hesabında bildirib.
"Yeni Azərbaycan Partiyasının çoxminli fəallarının, xüsusilə də gənc könüllülərin seçki təşviqatında fəal iştirakını, qələbəmiz naminə göstərdikləri fədakarlığı ayrıca qeyd etmək istəyirəm.
Qarşıda isə bələdiyyələrə seçilənlərin xalqa ləyaqətlə xidmət etməsi kimi böyük məsuliyyət və vəzifə dayanır. Şübhə etmirəm ki, Yeni Azərbaycan Partiyasını bələdiyyələrdə təmsil edən üzvləri öz məsuliyyətini lazımınca dərk edəcək, insanlara layiqincə xidmət göstərəcək, xalqın onlara göstərdiyi etimada layiq olmağa çalışacaqlar. Bələdiyyələrə üzv seçilənləri təbrik edir, seçki kampaniyasında yaxından iştirak edən və əsl fədakarlıq göstərən partiya təmsilçilərinə təşəkkürümü bildirirəm", - Ə.Əhmədov qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya