Elşad Musayev: Kommunikasiya məsələləri həllini tapmalıdır
Yusif Nəzərli
03:15 24.10.2024
Aktual
829
Gec-tez, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı Bakının tələbini yerinə yetirəcək
"Zəngəzur dəhlizində ayrı-ayrı qüvvələrin maraqları var. ABŞ və Avropa ölkələri istəyirlər ki, Zəngəzur dəhlizi açılsın, amma onların nəzarətində olsun. Eyni şeyi Rusiya da arzulayır".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.
Deputat vurğulayıb ki, rəsmi Bakının isə mövqeyi odur ki, dəhlizdə kənar qüvvələrin maraqları təmin olunmasın, müdaxilələrə imkan verilməsin:
"Paşinyan dedi ki, "Rusiya dəhlizdə monitorinq apara bilər", amma baş nazirin sözləri nəyisə həll etmir. Gəlişi gözəl sözlərdir və bu o anlama gəlmir ki, Paşinyan həqiqətən dəhlizə Rusiyanın nəzarət etməsini istəyir, yaxud buna razıdır. Paşinyan 10 noyabr üçtərəfli sazişinə də imza atmışdı, razılıq vermişdi, amma sonradan imzasından imtina etdi. Çünki Ermənistanın arxasında duran, onu himayə edən qüvvələr Cənubi Qafqazda Rusiyanın nəzarətini qətiyyən istəmirlər. Təbii ki, Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Hələlik məsələyə mane olan əsas amil İrandır. Ancaq İranın özünün hazırda başı bəladadır. İsrail İranı sıxışdırır, təzyiq göstərir, təhdid edir. Bu da bölgədə gərginliyi artırır. İndiyədək Ermənistanın pozitiv addım atmamasının ən böyük baiskarı İran idi. İndi Tehranı da başa salırlar ki, dəhliz açılmazsa, İranın özü üçün təhdid yaranacaq. Ermənistanda Avropa İttifaqının "xüsusi missiya" adı altında yerləşdirdiyi kəşfiyyatçılar da məhz İran üçün təhlükədir. Cənub qonşumuz bunlardan nəticə çıxartmalıdır".
Parlamentari diqqətə çatdırıb ki, ümumi konyektura onu deyir ki, gec-tez Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı Bakının tələbini yerinə yetirəcək:
"İrəvanın üzərində öhdəliklər var. Kommunikasiya məsələləri həllini tapmalıdır. Yox əgər Ermənistan təxribatlarını davam etdirərək Azərbaycanla toqquşmaya gedəcəksə, nəinki Zəngəzuru, dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalacaq. Əfsuslar ki, Ermənistanı bu istiqamətə kökləyənlər, təhrik edənlər var. Azərbaycana qarşı təzyiq mexanizmini işə salıblar ki, Bakı geri çəkilsin. Təbii ki, Azərbaycan uğurlu strateji xətdən geri çəkilməyəcək. Dövlətimizin milli maraqları bunu tələb edir. Paşinyanın sadəcə bir ifadəsi ilə Ermənistan siyasətinin müəyyənləşəcəyini demək olmaz".
Milli Məclisin üzvü əlavə edib ki, Qərb və beynəlxalq təşkilatlar adətən hər zaman Ermənistanın tərəfində olublar: "Əslində, onlar da yaxşı bilir ki, Ermənistan hazırda manipulyasiya ilə məşğuldur. İrəvan sülh istəyində səmimidirsə, konstitusiyasında dəyişiklik etməli, Bakının tələblərini yerinə yetirməlidir. Sülh ya olur, ya da olmur, yarımçıq sülh olmaz. Bütün maddələr razılaşdırılmalıdır. Ermənistan sülhü imitasiya edir. Məqsəd odur ki, Qazaxın, Naxçıvanın işğal altında qalmış kəndləri, eyni zamanda tarixi torpaqlarımız, Zəngəzur yaddan çıxsın, gündəmdən düşsün. 80-ci illərin sonlarından, 90-cı illərin əvvəllərindən Qərbin ikili standartlarını çox yaxşı bilirik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol
Narkotik araşdırmasında məşhurlardan 21 nəfər saxlanılıb
19:02 18.09.2026
Hadisə