Ərdoğan Almaniyaya gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 19-da Almaniyaya səfər edəcək.

Bu barədə türkiyə Prezident Administrasiyasından məlumat verilib.

“Prezidentimiz yanvarın 19-da Almaniyaya bir günlük səfərə yollanacaq”, - məlumatda qeyd olunub.

Səfərin proqramı barədə açıqlama verilməyib.