Ərdoğan doğru yoldadır, qətiyyətlidir
Turan
07:45 07.04.2021
Aktual
643
Türkiyənin böyüməsi və güclənməsi əleyhinə olan hər təşəbbbüsü şiddətlə qınayırıq
"104 admiralın bəyanatı tarixin zibilliyinə atılmalıdır"
Türkiyədə ehtiyatda olan 104 admiralın Montrö anlaşması üzərindən hökumətə “xəbərdarlıq bəyanatı” ünvanlaması qardaş ölkənin əsas müzakirə mövzusuna çevrilib. Məlum “xəbərdarlıq” hökumət üzvləri tərəfindən kəskin reaksiya ilə qarşılanıb. Bəyanatdan sonra admirallar barəsində istintaq başladılıb. Admirallar hökumətə xəbərdarlıq ediblər ki, Montrö anlaşmasından çıxmaq barədə gedən müzakirələr onları narahat edir. Onların fikrincə, anlaşmadan çıxmaq ölkənin “maraqlarına” ziddir və belə bir hal baş verərsə, “Türkiyə dövləti tarixdə örnəkləri olan təhlükələrlə qarşılaşa bilər”. Admirallar Qara dənizlə Mərmərəni birləşdirəcək İstanbul kanalına qarşı da fikirlər irəli sürüblər.
Qısacası, təqaüddə olan hərbçilər Türkiyədə çevriliş dönəmlərindəki protokola bənzər bir üslubla siyasətçilərə “yön verməyə” çalışıblar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Ankaradakı Prezident Administrasiyasında təqaüddə olan 104 admiralın hökumət əleyhinə siyasi bəyanatı ilə əlaqədar toplantı keçirilib. Ərdoğan toplantıdan sonra xalqa müraciət edib. Dövlət başçısı təəssüf hissi ilə bildirib ki, sözügedən bəyanata imza atan şəxslərdən heç biri digər məsələlərdə olduğu kimi, Qarabağdakı proseslərlə bağlı sərgilənən qətiyyətli mövqeyə dəstək verməyib: “Əsassız mühakimələrlə milli və dövlətçilik maraqlarına xidmət edən layihələrə qarşı çıxmaq, ilk növbədə, Cümhuriyyətə və Atatürkə qarşı olmaqdır. Bütün dövrlərdə bu cür çağırışlara qarşı olan Türkiyə xalqı qətiyyətlə öz dövlətini müdafiə edib.
Hazırda Montrö anlaşmasının müzakirə mövzusu olmadığını diqqətə çatdıran Prezident Ərdoğan vurğulayıb ki, ehtiyac yaranarsa, gələcəkdə bu müqavilədən daha səmərəlisinə nail olmaqdan çəkinməyəcəklər. Təqaüddə olan hərbiçilərin bəyanatı hüquqa və demokratiyaya zidd çağırışdır”.
Məsələ ondadır ki, hazırda Türkiyədə 1936-cı ildə boğazlarla bağlı imzalanmış Montrö razılaşması ilə bağlı rəsmi müstəvidə heç bir müzakirə getmir.
Sadəcə parlament sədrinin ifadələrində “Türkiyə lideri istərsə, Möntrö anlaşmasından çıxa bilər, qanun buna imkan verir” cümlələri yer alıb. Reallıq odur ki, məlum Montrö anlaşmasının dəyişdirilməsi, yaxud ləğv edilməsi ən çox Rusiyanı narahat edir. Donbassda qarşıdurmanın qızışması, Qara dənizdə suların isinməsi fonunda Montrö anlaşması ilə bağlı admiralların xəbərdarlığı heç də təsadüfə bənzəmir. Mümkündür ki, Rusiya bununla Ankaraya xəbərdarlıq edir. Lakin türk ordusu içində “çevriliş” düşüncəsində olan generalların daha çox NATO şinelindən çıxdığını nəzərə alsaq, bu qalmaqallı bəyanatın arxasında Amerika da ola bilər.
Qardaş ölkədə gərginliyə səbəb olmuş məsələni “Şərq”ə təhlil edən ADP sədri Sərdar Cəlaloğlu əvvəlcə vurğulayıb ki, dünyanın super gücləri beynəlxalq hüquq normalarına əməl etmirlər. Partiya rəhbərinin sözlərinə görə, əgər bölgədə heç bir ölkə beynəlxalq razılaşmaya əməl etmirsə, bunu başqa dövlətdən tələb etmələri absurddur:
“Yüz il əvvəl bağlanmış bir anlaşma müasir Türkiyənin əl-qolunu bağlayırsa, Ankara belə bir sazişə nəyə görə əməl etməlidir? Montrö sazişi əvvəlki siyasi dönəmin şərtləri ilə bağlanmışdı. Bunu müasir Türkiyənin önünə əngəl kimi çıxartmaq, sadəcə, Ankaranın deyil, bütün türk dünyasının inkişafına mane olmaqdır.
Türkiyənin super güc olma istiqamətindəki qətiyyətli yürüyüşünə əngəl törətməkdir. Bu cür təxribatçı bəyanatların milli kimliyə, dövlətçiliyə aidiyyəti yoxdur. 104 admiralın boğazdan yuxarı bəyanatları Türkiyədə bəzi qüvvələrin hələ də xarici dairələrin təsiri altında olduğunu göstərir. Hər bir ölkə yeni dünya düzənində layiqli yerini tutmaq uğrunda mübarizə aparır.
Türkiyə də tamamilə düzgün yoldadır. Türk dünyasının və türk xalqlarının inkişafı Turanın yaradılmasından asılıdır. Gələcəyimiz Türkiyənin super gücə çevrilərək türk-islam dünyasının maraqlarını qoruyan qüdrətli dövlətə çevrilməsi ilə bağlıdır.
Prezident Rəcəb Tayyib Ərdoğan bu istiqamədə olduqca düzgün və qətiyyətli addımlar atır. Ona görə də Türkiyənin böyüməsi və güclənməsi əleyhinə olan hər təşəbbbüsü şiddətlə qınayırıq. Bu cür bəyanatlar tarixin zibilliyinə atılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz
Abituriyentlərin gələcəyi biznesə çevrilib - Ekspert
17:55 13.08.2026
Elm və Təhsil
İran və ABŞ qapalı danışıqlar aparır
17:47 13.08.2026
Gündəm
İnfantino DÇ-2030-da 64 komandanın iştirakını istəyir
17:27 13.08.2026
Dünya
Ukraynalı polkovnikin külü Rotterdamdan Kiyevə gətirildi
17:20 13.08.2026
Dünya
Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb
17:13 13.08.2026
Ekologiya
SEPAH: Hörmüz boğazı tamamilə İranın nəzarəti altındadır
17:06 13.08.2026
Gündəm
Pişiklər bizə nə öyrədir? - Olduqca maraqlıdır
16:53 13.08.2026
Maraqlı
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
16:43 13.08.2026
Gündəm
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq