Türkiyədə yeni ilin ilk Nazirlər Kabineti iclası bu gün Beştepedə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilir.
Sherg.az xəbər verir ki, gündəliyin ilk sırasında ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduroya qarşı həyata keçirdiyi əməliyyat və onun mümkün təsirləri yer alır.
İclasda Prezident Ərdoğanla yanaşı, ABŞ Prezidenti Donald Trampla planlaşdırılan görüş də müzakirə olunur. Bundan başqa, Rusiya-Ukrayna müharibəsi və Qəzzadakı son vəziyyət gündəmdədir.
“Terrordan azad Türkiyə” prosesi
Kabinet iclasında Suriyadakı son vəziyyət və “terrordan azad Türkiyə” prosesi də nəzərdən keçiriləcək. SDG-nin mərkəzi hökumətə inteqrasiyasını nəzərdə tutan 10 mart razılaşmasının icra vəziyyətinin müzakirə edilə biləcəyi bildirilir.
İqtisadi gündəm
İlin ilk iclasında iqtisadiyyatdakı inkişaflar da diqqət mərkəzində olacaq. Yeni il hədəfləri, inflyasiya ilə mübarizə proqramı və digər əsas iqtisadi mövzuların dəyərləndirilməsi gözlənilir.