Ərdoğan: "Rusiya bu razılaşmalara sadiq qalmadı"
18:07 29.01.2020
Aktual
433
Rusiya Astana və Soçi razılaşmalarına sadiq deyil. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, İdlibdə bombardmanın dayandırılması barədə danışıqlar aparılır:
"Rusiya ilə həm Soçidə, həm də Astanada razılaşmalar əldə olundu. Bu razılaşmalara Rusiyanın sadiq qalacağı təqdirdə biz də eyni sədaqətlə yola davam edəcəyik. Amma təəssüf ki, Rusiya Astana və Soçi razılaşmalarına sadiq deyil. Dostlarımız onlarla danışıqlar aparır. Bu danışıqlarda İdlibdəki bu hücumları dayandırmağı tələb edirik. Əks təqdirdə bizim də səbrimizin tükəndiyini bildirdik. Bundan sonra nə lazımdırsa, biz də onu edəcəyik”. (Axar.az )
Ərdoğan onu da qeyd edib ki, Rusiya Əsəd rejiminə lazım olan xəbərdarlığı etməlidir:
“Sonuncu dəfə Hələbdən biz tərəfə hücumlar oldu. Bunlara biz bir yerə qədər dözərik, səbir edərik, amma bundan sonra lazımi addımları atacağıq. Bu məsələdə Rusiya da əgər bizə ortaqsa, mövqeyini bəlli edəcək. Biz torpaq və ya başqa nəsə əldə etməyə çalışmırıq. Oradakı məzlum, zərərçəkən insanları xilas etməyə çalışırıq. Arzumuz Rusiyanın dost kimi gördüyü rejimə lazımı xəbərdarlığı etməsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi