Erməni polkovnik: "Əgər Azərbaycan hücuma keçsə..."
07:04 06.12.2019
Aktual
443
Ehtiyatda olan erməni polkovniki, Dağlıq Qarabağı işğal edən erməni hərbi birləşmələrinin komandiri olmuş Arkadi Karapetyan erməni mətbuatına açıqlama verərək, müharibənin bərpa olunmasından qorxduğunu etiraf edib.
Axar.az xəbər verir ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan oğullarının şücaətinin canlı şahidi olmuş erməni hərbçi müharibənin bərpa olunma ehtimalının nə Ermənistandan, nə də onun siyasətindən asılı olduğunu qeyd edib.
“Müharibə başlasa, biz heç nə edə bilməyəcəyik. Hətta türklərə (azərbaycanlılar nəzərdə tutulur – Ə.M.) “Biz sizə təslim oluruq” desək belə, onlar bizi öldürəcəklər”, – deyə erməni polkovnik vurğulayıb.
Təbii ki, Karapetyan çox yaxşı dərk edir ki, Qarabağda döyüşlərin bərpa olunacağı təqdirdə Sovet İttifaqı dövründən fərqli olaraq, İrəvana heç kim kömək etməyəcək. O, Azərbaycan torpaqlarının üçüncü qüvvələrin dəstəyi sayəsində işğal edildiyini anlayır. O özü bütün bunların şahidi olub. Karapetyan Qarabağda erməni ordusunun komandiri olarkən Azərbaycanın cəsur oğullarının qəzəbini hiss edib və onun qorxuya düşməsi anlaşılandır.
“Mən müharibənin nə olduğunu bilirəm, mən sülh istəyirəm və qarşı tərəfin nəyə qadir olduğunu bilirəm”, - deyə Karapetyan qeyd edir.
Daha sonra erməni zabit azərbaycanlıların ermənilərə qucaq açdıqları, onları öz doğma torpaqlarında məskunlaşdırıb, yedizdirib-içizdirdikləri zaman belə ermənilərin istənilən zaman arxadan zərbə endirməyə hazır olduqlarını etiraf edir.
O, bunu belə ifadə edib: “Sovet İttifaqi dövründə biz türklərlə dostlaşdıq, ancaq əlimizdən dəyənəyi yerə qoymadıq”.
Məlumat üçün bildirək ki, Arkadi Karapetyan Daşnaksütyun Partiyasının sıralarında olub, 1990-1992-ci illər ərzində Qarabağa hücum edən erməni ordusunun komandiri olub və hazırda da Ermənistan Veteranlar Birliyinin sədridir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya