Erməni tərəfi əsirlərin qaytarılmasını siyasi alver predmetinə çevirir
Yusif Nəzərli
13:48 23.05.2023
Aktual
429
Azərbaycan dövləti əvvəl-axır hüquqi yollarla öz vətəndaşlarına sahib çıxacaq və iki əsgərimizi Vətənlərinə geri gətirəcəyik
Ermənistan Baş naziri Nikol Paşinyan əsir götürülən iki əsgərimiz barədə danışıb. Baş nazir deyib ki, İrəvan hökuməti əsir saxlanılan iki Azərbaycan hərbçisinin ekstradisiyasını müzakirə etməyə hazırdır: “Ermənistan iki Azərbaycan əsgərinin ekstradisiyasını müzakirə etməyə hazırdır, lakin bu proses birtərəfli ola bilməz”. Qeyd edək ki, Naxçıvanın Ermənistanla sərhədində əlverişsiz hava şəraitində iki əsgərimiz A.Bəbirov və Hüseyn Axundov yolu azaraq Ermənistan tərəfinə keçiblər və əsir götürülüblər.
Əsgərlərimiz “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda", hətta "cinayət törətməkdə" ittiham olunaraq həbs ediliblər. Bir əsgərimizə qondarma ittihamlarla qanunsuz 11 il cəza verilib. Ekspertlərin fikrincə, İrəvan əsir götürdüyü əsgərlərimizi Bakıda həbsdə olan cinayətkar erməni diversantlarla dəyişdirmək niyyəti güdür.
Millət vəkili Ceyhun Məmmədov "Şərq"ə açıqlamasında deyib ki, Paşinyanın əsir əsgərlərimizlə bağlı "ekstradisiya birtərəfli ola bilməz" ifadəsi qəbuledilməzdir. Deputat vurğulayıb ki, hava şəraitindən dolayı yolu azaraq Ermənistana keçmiş əsgərlərimiz heç bir cinayət törətməyiblər:
"Bakıda həbsdə yatan erməni diversantların hər birinin cinayət əməlləri faktlarla sübut olunub. Həmin erməni hərbçilər konkret maddələr üzrə məsuliyyət daşıyırlar. Paşinyanın bəyanatından isə görünür ki, Baş nazir iki azərbaycanlı əsgərimizi erməni diversantlarla dəyişdirmək istəyir.
Bu həm beynəlxalq hüquqa ziddir, həm də Paşinyanın timsalında ermənilərin hansı xislətə malik olmasını göstərən amildir. Təəssüf ki, erməni tərəfi hər zaman olduğu kimi bu dəfə də əsirlərin geri qaytarılmasını siyasi alver predmetinə çevirir.
Əlbəttə, Azərbaycan dövləti əvvəl-axır hüquqi yollarla öz vətəndaşlarına sahib çıxacaq və iki əsgərimizi Vətənlərinə geri gətirəcəyik. Buna heç kimin şübhəsi olmasın".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyanın qızının maaşı yenidən müzakirə olunur
20:32 04.02.2026
Region
Si Cinpin Trampla İranı müzakirə edib - YENİLƏNİB
20:17 04.02.2026
Dünya
"Traktor" Qətər klubu ilə qarşılaşacaq
20:05 04.02.2026
Futbol
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm