Ermənilər işğal etdikləri ərazilərimizdə təlimlərə başladı

Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlimlərə başlayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, təlimlər Ağdamın ermənilər tərəfindən işğal olunmuş ərazisində aparılır.

Erməni hərbçilər təlim zamanı ağır artileryadan istifadə edir.

Atəş səsləri cəbhə kəndlərində eşidilir.