Ermənistan nümayəndə heyəti Avronest PA-nın sessiyasında təxribat törətdi
14:26 09.12.2019
Aktual
515
Avronest Parlament Assambleyasının Tbilisidə keçirilən VIII plenar sessiyasında Ermənistan nümayəndə heyəti təxribata əl atıb.
“Report” xəbər verir ki, toplantıda Ermənistan nümayəndə heyətinin rəhbəri çıxışı zamanı “Dağlıq Qarabağ xalqı” və “Artsax” ifadələri işlədib.
Qondarma “erməni soyqırımı”nı da qeyd edən ermənistanlı deputat sessiya iştirakçılarından törədilmiş bütün soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib.
Ermənistan deputatının bu müraciətindən sonra yalnız bir neçə deputat ayağa qalxıb. Ermənistan nümayəndə heyətinin rəhbəri tribunanı tərk edəndən sonra Rumıniyadan olan nümayəndə onun xahişini bir daha səsləndirib. Bundan sonra sessiya iştirakçıları ayağa qalxıb.
Sessiyada çıxış edən Milli Məclisin üzvü Tahir Mirkişili soyqırımı qurbanlarının anılmasını müsbət qiymətləndirib. O, Ermənistan silahlı birləşmələrinin Xocalıda da soyqırımı törətdiklərini toplantı iştirakçılarının diqqətinə çatdırıb.
Deputat həmçinin beynəlxalq ictimaiyyəti Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsinə dəstək göstərməyə çağırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya