Ermənistan regionda hegemon güclərin aləti rolunu oynayır
Yusif Nəzərli
09:00 26.07.2022
Aktual
401
Məqsəd Rusiya-Türkiyə arasında, yaxud başqa ölkə ilə müharibə yaratmaqdır
“Son günlər baş verən siyasi proseslər fonunda hesab etmək olar ki, region vacib hadisələrə hazırlaşır”. Bunu “Şərq”ə açıqlamasında politoloq Azər Qasımov deyib. Ekspert bildirib ki, ABŞ, Rusiya və İran xarici kəşfiyyat xidməti idarələri rəhbərlərinin Ermənistana elan edilməyən səfərləri bir daha Ermənistanın tarixi mahiyyətini ortaya qoyur: “Tarixən ermənilər regionda hegemon güclərin aləti olmaq rolunu oynayıblar. Bu səfərləri də bu kontekstdən dəyərləndirmək doğru olardı. Hər kəsə məlum faktdır ki, ermənilərin “əhəmiyyəti” hər zaman geniş mənada regional dəyişikliklər olacağı halda meydana çıxır. Çünki hər hansı proseslər regionda bunların əli ilə başladılır.
Nəticədə ətraf ölkələrdəki dəyişikliklə başa çatır. Hazırda regionda bu kimi proseslərin planlaşdırıldığı kimsəyə sirr deyil. O cümlədən Rusiya kəşfiyyat idarəsinin başçısı Narışkinin tez-tələsik İrəvana gəlməsi onu deməyə əsas verir ki, növbədə Rusiya var. Bu ehtimalı NATO-nun strateji doktrinasında Rusiyanı Çinin yerinə “birinci düşmən” elan etməsi faktı da artırır. Qərbin məqsədi regionda ermənilərin əli ilə Rusiya-Türkiyə arasında, yaxud başqa hansısa bir ölkə ilə müharibə çıxarmaqdır. 44 günlük müharibədə nail ola bilmədilər. Rusiya ehtiyatlı hərəkət etdi. Azərbaycanın qarşısına açıq-aşkar çıxmadı. Ona görə də Azərbaycan böyük ölçüdə öz işini görə bildi. Amma Qərb öz istəyinə Ukraynada nail ola bildi. Əsas məsələ indi Qərbin Ermənistanın əli ilə Rusiyanı tamamilə zəiflətmək üçün hərəkətə keçmək istəyidir”.
Ekspert qeyd edib ki, Amerika daxilində gərginlik var:
“Amerikanın lobbilər vasitəsilə idarə olunduğu, seçkilərdə erməni lobbisinin rolunu nəzərə alsaq, belə nəticəyə gəlmək olar ki, Prezident Co Bayden erməni lobbisinin dəstəyini almağa çalışır. Börns vasitəsi ilə Ermənistanın nəyə ehtiyacının olduğunu dəqiqləşdirir. Baydenin oğlunun yeni macəralarının onun kreslosunu laxlatdığı, hətta buna görə prezidentlikdən yarımçıq çıxarılacağı ilə bağlı söhbətlərin getdiyini xatırlatmaq yerinə düşər. Son nəticədə Ermənistana veriləcək hər formada dəstək onun Rusiyadan qopmasına hesablanıb. Bu da öz növbəsində Rusiyanın tamamilə zəifləməsi və regionun Türkiyə-Azərbaycan cütlüyünün nəzarətinə keçməsi deməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət