“Ermənistan sülh danışıqlarından imtina edir”
Fidan Həmişəyeva
10:02 29.06.2021
Aktual
718
Ermənistanda keçirilən parlament seçkiləri başa çatdıqdan sonra 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imzalanmış üçtərəfli razılaşmaların icrası aktuallaşdı. Bu məsələ Azərbaycan və Rusiya prezidentləri arasındakı sonuncu telefon danışığı zamanı da müzakirə olunub. Aydındır ki, razılaşmaların həyata keçirilməsi birbaşa Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınmasından asılıdır. Rəsmi Bakı buna hazırdır, amma İrəvan hələ qərarsızdır. Doğrudur, ilk işarələrdən sezmək olur ki, Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan müqaviləyə imza atacaq. İrəvanda dərc edilən “Hraparak” hətta təxmini tarixləri də (sentyabr ayı) qeyd edib.
Maraqlıdır, həqiqətən də Ermənistan sülh müqaviləsini imzalayacaqmı?
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəylinin “Sherg.az”a açıqlamasına görə, Ermənistan tərəfi sülh danışıqlarından imtina edir, razılaşmaları yerinə yetirmək istəmir:
“Bunun da bir neçə səbəbi var. Razılaşmalara imza atmaqlarının əsas səbəbi müharibədə məğlub olmaq ilə əlaqədar idi. Faktiki olaraq ziyanın yarısından dönmək istəyirlər.
Çalışırdılar ki, müharibədə daha az zərərə uğrasınlar və az itkilərə məruz qalsınlar. Ona görə də 10 noyab razılaşmasına imza atmışdılar.
Amma 26 İyun Silahlı Qüvvələr günündə Prezident İlham Əliyevin səsləndirdiyi “Erməniləri sülhə məcbur edəcəyik” ifadəsi onu göstərir ki, erməni tərəfi sülh danışıqlarına qayıtmaq niyyətində deyil.
Ümumiyyətlə, prosesdən imtina etməyə çalışırlar. Burada bir neçə detal var: Birinci detal ondan ibarətdir ki, erməni xalqının gözündə müharibənin nəticələrinin təsirlərini azaltmağa çalışırlar.
İkincisi, Cənubi Qafqazda aktorlar dəyişib və erməni tərəfi istəyir ki, Rusiyadan başqa digər oyunçuları prosesə daxil etsin və Azərbaycanla-Türkiyəni təkləsin.
Hazırda Paşinyan hakimiyyəti məhz bu istiqamətdə sülh, dialoq və əməkdaşlıqla bağlı baxışlar sərgiləməkdədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm