Ermənistana sərt təzyiqlər göstərilməlidir
Yusif Nəzərli
07:14 20.05.2023
Aktual
427
O zaman əsir məsələsi beynəlxalq kampaniya halını alacaq
Nəticədə İrəvan təzyiqlər qarşısında geri addım atmalı olacaq
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) bu ölkədə fəaliyyət göstərən Azərbaycan icmasının Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgərlər Aqşin Bəbirov və Hüseyn Axundovla bağlı məktubunu cavablandırıb. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Britaniya hökuməti ümumbəşəri insan hüquqlarını önə çəkməyə can atdığını bildirib: "Biz dövlətləri məhbuslarla beynəlxalq insan haqları hüququna uyğun davranılmasını təmin etməyə çağırırıq.
Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 10-cu maddəsinin tələb etdiyi kimi, buna humanist rəftar və insan şəxsiyyətinə xas ləyaqətə hörmət daxildir. Dövlətlər himayəsində olan şəxslərlə humanist rəftar sahəsində minimum təminatları təmin etmək üçün tədbirlər görməlidirlər. Buna məhbusların ilkin tələbatının və əsas ehtiyacları ilə bağlı xidmətlərin təmin edilməsi daxildir". Qeyd olunub ki, Böyük Britaniya hökuməti mütəmadi olaraq müxtəlif tərəfdaşlarla, o cümlədən Ermənistanla insan hüquqları məsələlərini qaldırır”. Məlumat üçün bildirək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Axundov aprelin 9-da Naxçıvanla Ermənistan sərhədində itkin düşüblər. Daha sonra onların saxlanıldığı deyilib. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb. Ermənistan məhkəməsi uydurma ittihamlarla A.Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib. Azərbaycan tərəfi itkin düşən iki əsgərimizlə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri Əhməd Şahidov "Şərq"ə açıqlamasında bildirib ki, azərbaycanlı əsirlərlə bağlı beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların açıqlamalar, bəyanatlar yayması Azərbaycanın xeyrinədir. Hüquq müdafiəçisinin sözlərinə görə, ermənilər tərəfindən əsir götürülmüş əsgərlərimizin sağ-salamat Vətənə qayıtması istiqamətində bütün mümkün addımlar atılmalıdır:
"Çox istərdik ki, Böyük Britaniya və digər Qərb ölkələri bu məsələdə sadəcə bəyanatla kifayətlənməsinlər. Ermənistana sərt təzyiqlər göstərilsin, əsirlərin qaytarılması tələb olunsun. Beynəlxalq təşkilatlarda, qlobal tədbirlərdə bu məsələ ayrıca olaraq qaldırılmalıdır.
Yaxşı olar ki, təkcə bizim tərəfdən yox, Qərb ölkələri tərəfindən də məsələ gündəmə gətirilsin. İrəvan hökuməti beynəlxalq konvensiyaların öhdəliyini icra etməlidir. Rəsmi London real addımlar atarsa, Böyük Britaniyanın yaxın tərəfdaşları da bu təşəbbüsə qoşula bilər.
O zaman əsir məsələsi beynəlxalq kampaniya halını alacaq. Nəticədə İrəvan təzyiqlər qarşısında geri addım atmalı olacaq. Pessimist görünmək istəməzdim, amma ötən illərin təcrübəsi göstərir ki, Ermənistan özünün aqressiv mahiyyətindən əl çəkməyəcək.
Əfsuslar ki, İrəvan beynəlxalq çağırışlara qulaq vermir. İki əsgərimizlə bağlı Ermənistan hökumətinin niyyəti bəllidir. İrəvan əsgərlərimizi Bakıda həbsdə olan diversantlarla dəyişmək istəyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual