Ermənistanın keçmiş MTX sədri Paşinyanın arvadının qəzetinə qarşı iddia qaldırır
11:00 05.02.2020
Aktual
461
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın Baş nazir Nikol Paşinyanın həyat yoldaşı - Anna Akopyana məxsus “Aykakan Jamanak” qəzetinə qarşı qaldırdığı iddia yaxın günlərdə məhkəməyə göndəriləcək.
“Sputnik Armenia”nın məlumatına görə, bu barədə Vanetsyanın vəkili Lusine Saakyan danışıb.
“İddia ərizəsi mümkün olduğu qədər tez, yaxın günlərdə göndəriləcək”, - deyə Saakyan bildirib.
Vanetsyanın vəkilləri əvvəlcə Anna Akopyanın rəhbərlik etdiyi “Aykakan Jamanak” qəzetinə məktubla müraciət ediblər. Müraciətdə keçmiş MTX rəhbərinin ünvanına səsləndirilmiş böhtanlar, yalan və absurd informasiya ilə bağlı təkzib verilməsi istənilib. Lakin qəzetin direktoru cavabında Vanetsyanın “baş nazirin ailəsinə qarşı mətbuatda kampaniya aparması” ilə bağlı dərc olunan yazıda məhz hansı hissədə böhtanlara yol verildiyinin dəqiqliklə göstərilməsini tələb edib. Bundan sonra Vanetsyanın vəkilləri qarşı tərəfə cavab verməyi artıq hesab edib və məhkəməyə müraciət edilib.
Qeyd edək ki, “Aykakan Jamanak” qəzeti Vanetsyanı hökumət rəhbərinin ailəsinə qarşı mətbuatda kampaniya aparmaqda ittiham edib. Yazıda Vanetsyanın kriminal avrtoritet Aram Vardanyanın köməyi ilə mətbuat orqanlarından birinin rəhbərini öz tərəfinə çəkdiyi bildirilib. Onun MTX rəhbəri vəzifəsini tərk etməsindən sonra bu işdə əsas dəstəkçilərinin Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın kürəkəni Mikael Minasyan və Parlament Aparatının keçmiş rəhbəri Ara Saqatelyan olduğu iddia edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat