Əsgər yola salmaq istəyənlər arasında mübahisə qanla bitdi
06:35 13.12.2019
Aktual
413
Ağcabədi rayonunda bıçaqlanma olub. Oxu.Az xəbər verir ki, hadisə rayonun Hüsülü kəndində qeydə alınıb.
Kənd sakini Məmmədov Namiq Nadir oğlu həyətində oğlunun əsgər getməsi ilə bağlı yığıncaq təşkil edib.
Həmin məclisdə iştirak edən kənd sakini, 2003-cü il təvəllüdlü Mirzəyev Əliheydər Əlimərdan oğlu həmkəndlisi, 1982-ci il təvəllüdlü Mirzəyev Seymur İnqilab oğlu ilə mübahisə edib.
Mübahisə zamanı S.Mirzəyev aralarında böyük yaş fərqi olduğu üçün Ə.Mirzəyevlə mübahisə etmək istəməyib.
Bundan hiddətlənən Ə.Mirzəyev evlərinə gedərək, bıçaq götürüb. Ə.Mirzəyev yığıncaqdan sonra S.Mirzəyevin evinə gələrək, ona beş bıçaq zərbəsi endirib. Yaralı ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb və əməliyyat olunub.
Hadisəni törətməkdə şübhəli bilinən Ə.Mirzəyev tutulub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya