Eyni xəritələr Bakıya və İrəvana təqdim edilib
Yusif Nəzərli
07:14 24.11.2021
Aktual
839
Qrafikin hazırlanması Zəngəzur dəhlizinin Ermənistan hissəsində inşa işlərinin nə vaxt başlanmasını da müəyyənləşdirəcək
“Hazırda Azərbaycanla Ermənistan arasında hansısa bir sənədin imzalanması ilə bağlı razılıq yoxdur”. Bu barədə Ermənistan baş nazirinin müavini, Üçtərəfli İşçi Qrupun həmsədri Mqer Qriqoryan “Qraparak” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, görüşlərin keçirilib-keçirilməməsindən asılı olmayaraq, demarkasiya və delimitasiya ilə bağlı danışıqlar prosesi getməlidir. Qriqoryan dekabr ayında Brüsseldə keçiriləcək Azərbaycan və Ermənistan liderlərinin görüşünün gündəliyi barədə sualı cavablandırmayıb.
Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə açıqlamasında vurğulayıb ki, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın sözlərindən belə nəticə çıxır ki, Moskvanın keçirmək istədiyi üçtərəfli görüş sərhədlərin müəyyən olunması prosesinin başlanmasına aid deyil. Analitikə görə, bu məqam prosesin artıq başladığına dair ehtimalı gücləndirir:
“Nikol Paşinyan sərhəd döyüşündən sonra bildirdi ki, Rusiya Müdafiə Nazirliyinin üç təklifini qəbul ediblər və sərhədin müəyyənləşməsi üzrə komissiyanın yaradılmasına razılıq veriblər. Ardınca İrəvan razılığını yazılı olaraq Moskvaya göndərdi. Rusiya MN-in təkliflərinin konkret nədən ibarət olduğu bəlli olmasa da, əsas məğzinin sərhədin hansı xəritəyə uyğun müəyyən ediləcəyindən ibarət olduğu şübhəsizdir. Mümkündür ki, eyni xəritələr İrəvana və Bakıya təqdim edilib və Moskvanın vasitəçiliyi ilə delimitasiyaya start verilib, yaxud ən azı danışıqlar artıq bu mərhələdədir. Ola bilsin, Putinin keçirmək istədiyi üçtərəfli görüşə qədər delimitasiya müqaviləsi hazırlanır və demarkasiyanı aparacaq komissiya formalaşdırılır. Qriqoryan bildirir ki, “ortaq məxrəcə gəlinib, lakin texniki məsələlərlə bağlı bir neçə variant var, hansı variantın işləyəcəyi ilə bağlı yekun razılaşma yoxdur”. Bu, o deməkdir ki, kommunikasiyanın açılmasında ən vacib detal olan qrafik artıq hazırlanıb, indi məsələnin texniki tərəfləri müzakirə edilir. Qrafikin hazırlanması Zəngəzur dəhlizinin Ermənistan hissəsində inşa işlərinin nə vaxt başlanmasını da müəyyənləşdirəcək”.
A.Nərimanlının qənaətincə, Qriqoryanın açıqlamalarından çıxan nəticə üçtərəfli görüşün tezliklə - Brüssel görüşünə qədər keçirilməsinə dair şübhələr yaradır:
“Çünki xəritələr üzərində işin yekunlaşması və kommunikasiyanın açılmasında texniki məsələlərin razılaşdırılması üçün zaman lazımdır. Bu kontekstdə Putinin Paşinyana zəngi İrəvana Avropa masasında Moskvanın razılaşmalarından kənara çıxmamaq haqda xəbərdarlığı kimi qiymətləndirilə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya
Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini hazırladı
17:57 20.11.2026
Dünya
KİV: ABŞ və İsrail İrana hücumu nəzərdən keçirir
17:10 20.11.2026
Gündəm
Ermənistan Rusiyaya yeni səfir təyin etdi
16:52 20.11.2026
Gündəm