FHN İcra Hakimiyyəti və tikinti şirkətinə xəbərdarlıq etdi
10:24 10.02.2020
Aktual
754
Bakıda çoxmərtəbəli yaşayış binasının qarşısında transformator tikilir. Bu barədə “Rerport”a həmin binada yaşayan sakinlər bildiriblər.
Paytaxtın Xətai rayon, Natiq Əliyev küçəsi, 3 e ünvanında yaşayan sakinlərin sözlərinə görə, “Baku Luks” şirkəti çoxmərtəbəli yaşayış binasının qarşısında elektrik yarımstansiyasının tikintisinə başlayıb:
“Yaşadığımız binanın qarşısında şirkət başqa bir bina tikir. Həmin bina üçün də elektrik yarımstansiyası bizim binanın qarşı tərəfində tikilir. Bu, normativ qaydalara görə, 10-15 metr aralıda olmalıdır. Binanın layihəsində bunun üçün 12 metr məsafə göstərildiyi halda, şirkət yarımstansiyanı binadan 5 metr aralıda tikməyə başlayıb. Bu transformatorda partlayışın olma ehtimalı var. Nəticədə binada yanğın ola bilər. Həmçinin, elektrik yarımstansiyasında təbii şüalanma baş verir. Bu da bina sakinlərinin, həyətdə oynayan uşaqların sağlamlığı üçün təhlükəlidir”.
Sakinlər dövlət qurumlarından, şirkət rəhbərliyindən elektrik yarımstansiyasının yerinin dəyişdirilməsini xahiş edirlər:
“İstəyirik ki, elektrik yarımstansiyası normativlərə uyğun tikilsin. Bu, bizim üçün çox təhlükəlidir”.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva “Report”a bildirib ki, nazirlik tərəfindən Xətai rayonu, N.Əliyev küçəsi, 10 ünvanında yerləşən “Baku Luks” MMC-yə məxsus yaşayış binasının ərazisində elektrik yarımstansiyasının inşası ilə bağlı araşdırma aparılıb.
O deyib ki, FHN-ə şirkət tərəfindən heç bir icra hakimiyyəti orqanı ilə razılaşdırma sənədi təqdim olunmayıb:
“Bununla bağlı Xətai Rayon İcra Hakimiyyətinə bildiriş göndərilib, şirkətin rəhbərliyinə isə xəbərdarlıq edilib. Nazirlik tərəfindən qurumların hər birinə məktub göndərilib. Bildirilib ki, elektrik yarımstansiyasının tikintisi ilə bağlı razılaşdırma sənədləri yoxdur. Əgər bununla bağlı tədbir görülməsə, müvafiq addımlar atılacaq”.
Qeyd edək ki, tikinti aparan şirkətin rəhbəri Fəqan Təhməzovdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual