FHN təlimatçısı: "Türkiyədə yanğın olan ərazilərə 120 tondan artıq su boşaltmışıq"
10:33 26.06.2022
Aktual
417
"Türkiyədə yanğın olan ərazilərə 120 tondan artıq su boşaltmışıq, bununla da yanğınların lokallaşdırmasına nail olmuşuq".
Bu fikirləri "Report"un Türkiyə bürosuna açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) uçuş mühəndis təlimatçısı Cavid Qəhrəmanlı bildirib.
"Heç istəməzdik ki, qardaş Türkiyədə bu cür fövqəladə hadisə olsun, amma digər tərəfdən də bizim üçün yanğınların söndürülməsində iştirak etmək böyük şərəfdir. Qarşımıza qoyulan bütün tapşırıqları tam yerinə yetirmişik. Mərkəzləşdirilmiş yerli koordinasiya mərkəzinin yeni tapşırıqlarını gözləyirik. Lazım olduğu təqdirdə mərkəzdən verilən koordinatlara uyğun olaraq yenidən yanğınsöndürmə prosesində iştirak edəcəyik", - təlimatçı deyib.
C.Qəhrəmanlı amfibiya tipli təyyarənin çətin və məsuliyyətli missiyasından bəhs edib:
"Amfibiya tipli təyyarələr ekstremal şəraitdə idarə olunduğuna görə digərləri ilə müqayisədə xüsusi hazırlıq tələb edir. Bizim ekipaj da yüksək peşəkarlığı ilə seçilir. Aramızda gənc pilotlar da var, onlar da burada vacib təcrübə qazanır və indiyədək qarşıya qoyulan bütün tapşırıqların icrasında hansısa ciddi problem yaşamamışıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya