Gəncə gəncləri YAP-ın namizədlərinə səs verəcəklər
12:02 07.12.2019
Aktual
470
23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının qərargahında gənc partiya fəalları ilə görüş keçirilib.
Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP-ın Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsinin sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək, ölkəmizdə alternativsiz siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatlarının həyata keçirdikləri təbliğat-təşviqat kampaniyasında yüksək seçki əhval-ruhiyyəsi müşahidə olunduğunu bildirib.
Partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və sistemli islahatlar nəticəsində ölkəmizin son illərdə qazandığı uğurlardan bəhs edən millət vəkili cəmiyyətdə gənclərin rolundan danışıb:”Azərbaycan gənci bu gün ölkəmizin siyasi, mədəni, ictimai həyatında mühüm yer tutur, dövlətimiz və partiyamız bacarıqlı, istedadlı gənclərin uğurla irəli getmələri üçün geniş meydan açıb, zəruri tədbirlər həyata keçirir”.
Yeni Azərbaycan Partiyasının əvvəlki seçkilərdə olduğu kimi bələdiyyə seçkilərində də qalib gəlmək əzmində olduğunu vurğulayan Naqif Həmzəyev partiyanın bələdiyyələrin işinin yüksəldilməsi üçün səmərəli tədbirlər həyata keçirdiyini qeyd edib. Millət vəkili bildirib ki, bu işdə bələdiyyələrə seçiləcək partiya üzvlərinin üzərinə böyük məsuliyyət düşür. İnanıırıq ki, 23 dekabr bələdiyyə seçkiləri günü gənclərimiz partiyanın etimadını nümunəvi xidmətləri ilə doğruldacaqlar.
YAP Gəncə şəhər təşkilatının Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə Prezident İlham Əliyevin daim diqqət və qayğısını öz üzərlərində hiss edən gənclər, partiyanın namizədləri əvvəlki seçkilərdə olduğu kimi bələdiyyə seçkilərində də böyük fəallıq və coşqu nümayiş etdirəcəklərinə, bu siyasi kampaniyanın yüksək səviyyədə keçirilməsinə nail olacaqlarına əmin olduğunu bildirib.
Görüşdə çıxış edən gənclər xalqımızın rifahı, ölkəmizin inkişafı naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.
Geniş diskussiya, yüksək əhval-ruhiyyə şəraitində keçən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya