
“Güneyli soydaşlarımızın şüarları həmrəylik və Prezidentə təşəkkürdür”
“Güneyli soydaşlarımızın şüarları həmrəylik və Prezidentə təşəkkürdür”
Yusif Nəzərli
12:06 03.11.2022
Aktual
674
"Ölkə başçısı ilk dəfə deyilki dünya Azərbaycanlıları ilə bağlı mesaj verir"
Bunu "Sherg.az"a açıqlamasında politoloq Sədrəddin Soltan Güneyli soydaşlarımızın əski Azərbaycan əlifbası ilə prezident İlham Əliyevə dəstək mesajı verməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, güneyli soydaşlarımızın dəstək şüarları həm qarşılqlı həmrəylik,həm də Azərbaycan prezidentinə bir təşəkkürdür:
"Ölkə başçısının Dünya Azərbaycanlılarının 3-cü qurultayında "Mən 50 milyonluq Azərbaycan türkünün prezidentiyəm" deməsi də bunları təstiqləyir. Yəni bir millətin rəhbəri olmaq, onun hüquqlarının müdafiəçisi olmaq deməkdir.

Dünya Azərbaycanlılarının qurultayının Azərbaycanda keçirilməsi isə dünyada yaşayan bütün soydaşlarımızın vətəninin bura olması deməkdir. Bu baxımdan son prosesləri ölkə başçısının çıxışını, qurultayda dediklərinin davamı kimi qiymətləndirmək olar.
Digər tərəfdən Prezident ilham Əliyevin çıxışı bütün türk dünyası ilə bağlı idi. Bu həm də, Çindəki Uyğur türklərinin, Orta Asiyadakı, Əfqanıstandakı və digər regionlardakı türklərin hüquqlarının qorunmasına şamil olunurdu. Ölkə başçısı bu mesajı ilə TDT-ni dünyada və Güney Azərbaycanda yaşayan türklərə laqeyd qalmamağa çağırırdı.
Analitik qeyd edib ki, Güneydəki soydaşlarımızın Prezident İlham Əliyevlə bağlı plakatlarını və şüarlarını təbii qarşılamaq lazımdır:
"Bu o deməkdir ki, Güney Azərbaycan türkləri, Azərbaycan respublikasında baş verən hadisələri və Prezidentin çıxışını diqqətlə izləyirlər. Ölkə başçısının dediklərinə xoş münasibət bəsləyirlər. Onlar hesab edirlər ki, Azərbaycan respublikası öz vətənləridir və ölkə başçımız da onların prezidentidir. Bu İranın daxili məsələsinə qarışmaq deyil, sadəcə qarşılıqlı həmrəylik nümayiş olunur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə