
Gürcüstandakı qərbpərəst qüvvələr hakimiyyətə qarşı birləşiblər -ANALİZ
12:22 29.10.2024
Aktual
694
Oktyabrın 26-sı baş tutan parlament seçkilərində Gürcüstanın hakim “Gürcü arzusu” partiyası 53,93 faiz toplayıb. Parlamentdə yer alan dörd müxalif qüvvə (“Dəyişikliklər naminə Koalisiya” bloku, “Birlik - Milli Hərəkat” partiya koalisiyası, “Güclü Gürcüstan”, “Gürcüstan üçün Qaxariya” partiyası), eləcə də ölkə Prezidenti Salome Zurabişvili seçkilərin nəticələrini tanımaqdan imtina edib. Oktyabrın 28-də isə Tbilisidə parlament binası önündə Zurabişvilinin iştirakı ilə seçkilərin nəticələrinə qarşı etiraz aksiyası keçirilib. Eyni zamanda bu gün Gürcüstanda ölkə üzrə bir sıra seçki məntəqələrində oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələri yenidən yoxlanılacaq. Bəzi Qərb dairələri də Gürcüstandakı seçkilərin şəffaflıqdan uzaq olduğunu bildirib. Amma Qərb seçkilərdə pozuntu və qüsur aşkar edə bilməyib. Hətta müşahidə aparan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) da ciddi nöqsan tapmayıb. Lakin bununla belə, Qərb dövlətləri açıq şəkildə təhdid və təzyiqə başlayıblar. Heç bir fakt olmadığı halda, başda ABŞ olmaqla Qərb və ABŞ-ın proksiləri sayılan Estoniya, Litva, Latviya kimi ölkələr xalqın seçiminə kölgə salmaq üçün Gürcüstana qarşı faktiki olaraq hibrid müharibəyə başlayıb. Görünən odur ki, Qərbin məqsədi Cənubi Qafqazda Ermənistanın ardınca Gürcüstanda da marionet hökumət formalaşdırmaq, ölkəni ekspansiya platformasına, Qərb-Rusiya qarşıdurması məkanına çevirməkdir. Amma bu plan baş tutmadı və tutmayacaq. Gürcü xalqı, azərbaycanlılar da daxil olmaqla Qərbin Cənubi Qafqazla bağlı planlarına imkan vermədi. Azərbaycan bir daha Qərbə nümayiş etdirdi ki, Azərbaycanın iradəsi olmasan regionda heç bir layihə baş tutmayacaq. Gürcüstan hakimiyyət son illər Qərb şəbəkəsini ifşa etmək istiqamətində ciddi addımlar atıb, qanunlar qəbul edib. Gələcəkdə ölkənin taleyini təhlükəyə atmamaq üçün, artıq Gürcüstanda Qərbin əlaltılarının şəbəkəsini tam yığışdırmağın vaxtıdır.
Politoloq Turab Rzayev “Sherg.az”a söyləyib ki, Gürcüstanda etirazlar bir müddət hələ davam edəcək:

“Çünki burada bir neçə faktor birləşir. Əvvəlki etirazlardan fərqli olaraq prezidentin özü də mitinqlərdə iştirak edir və əhalini buna cəlb etməyə cəhd göstərir. Eyni zamanda bütün qərbpərəst qüvvələr etiraz aksiyasında hakimiyyətə qarşı birləşiblər. Hətta bir neçə Avropa İttifaqı ölkələri və Amerika Birləşmiş Ştatları seçki nəticələrini tanımaqdan imtina ediblər. Bu isə etirazçılara mitinqləri uzun müddət davam etdirməyə təşviq göstərəcək. Gürcüstanda siyasi böhranın yaranması da gözləniləndir. Onlar düşünürlər ki, “Gürcü arzusu” partiyası lazım olan 100 deputat mandatını birləşdirə bilməyəcək. Düşünürəm ki, bununla bağlı Gürcüstan hakimiyyətinin öz planları var. Böyük ehtimalla onlar müxtəlif partiyalarla koalisiya şəklində 100 deputat mandatı yerini doldurmağı bacaracaqlar. Amma istənilən halda etiraz aksiyaları şiddətli şəkildə davam edəcək. Hakimiyyətin indiki mövqeyindən geri çəkiləcəyini düşünmürəm. Səslərin yenidən sayılması belə heçnəyi dəyişməyəcək. Gürcüstan hakimiyyəti ölkə daxilində stabillik yaratmağa çalışacaq. Belə olan halda Avropa İttifaqı və Gürcüstan münasibətləri daha da pisləşəcək. Həmçinin Aİ və ABŞ-nin Gürcüstan hakimiyyətinə sanksiyaları gündəmə gələcək. Gürcüstan hakimiyyəti isə bundan sonra Rusiya və Çinə yaxınlaşma yolunu tutacaq”.
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət