Hakan Fidan Bakıya niyə gəlir? Türk ekspert detalları AÇDI
13:47 14.03.2024
Aktual
844
ABŞ-ın Ankaradakı səfirliyi və İstanbuldakı Baş Konsulluğunun diplomatları türk şirkətlərinə və maliyyə qurumlarına baş çəkir və onları Rusiya ilə ticarət əlaqələri saxladıqları üçün hədələyirlər.
Bu barədə “Aydınlıq” qəzeti mənbələrə istinadla məlumat verib.
Qəzetə açıqlama verən şirkətlərdən birinin əməkdaşı bildirib ki, ABŞ rəsmiləri onları qapı-qapı gəzərək və ya birbaşa ABŞ səfirliyinə dəvət etməklə hədələyiblər.
Mənbənin sözlərinə görə, bu məmurlardan biri ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun ixraca nəzarət üzrə mütəxəssisi Gülin Kan Yükseltandır.
Məsələ ilə bağlı "Sherg.az"a danışan Müdafiə Sənayesi və xarici siyasət analitiki Suat Delgen bildirib ki, Cənubi Qafqazda geosiyasi proseslər baş verir:
“Bunun başında isə Ermənistanın Qərblə əlaqələrini inkişak etdirmək üçün atdığı addımlar dayanır. Ermənistan Fransa ilə hərbi sahədə münasibətlərini gücləndirməyə çalışır. Eyni zamanda Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dayandırdığını bildirdi. Buradan başa düşülür ki, Ermənistan təhlükəsizliyini Fransa başda olmaqla Avropa İttifaqı ölkələri ilə təmin etməyi düşünür. Rəsmi İrəvan Aİ-yə üzv olmaq üçün müraciət edəcəyi ilə bağlı açıqlama verdi. Qərblə Ermənistan əlaqələrinin inkişaf etməsi Azərbaycan və Türkiyənin müzakirə edəcəyi mövzudur. Ona görə də Hakan Fidanın səfərinin məqsədi bu ola bilər”.
Ekspert qeyd edib ki,Türk Dövlətləri Təşkilatı önəmli birlik halına daxil olmağa başlayıb:
“Bu il baş tutacaq görüşdə Türkmənistanın TDT-yə üzv olmasına dair məlumatlar var. Hətta görüşə Şimali Kipr Cumhiriyyətinin dəvət edilməsi də gözlənilir. Qazaxıstan bildiyimiz kimi neft ticarətini Rusiyanın Novorossiysk limanı üzərindən ixrac edirdi. Amma Qazaxıstan Prezdentinin Azərbaycana səfəri zamanı etdiyi razılaşmada neft ticarətinin bir hissəsinin Azərbaycan, Türkiyə və Gürcüstan üzərindən aparılması da gündəmə gətirildi. Yəni bölgədəki türk tövlətləri arasındakı iş birliyinin də Hakan Fidanın səfəri zamanı müzakirə ediləcəyini düşünürəm. Çünki TDT-nın görüşündə bölgədəki enerji mənbələrinin necə transfer olunması və Türkmənistan təşkilata üzv olarsa, Türkmən qazının Azərbaycan üzərindən Türkiyəyə idxalı kimi məsələlər masaya yatırılacaq. Azərbaycanla Türkiyə əlaqələri çox yaxındır. Türkiyə və Azərbaycanın TDT-nın görüşündən əvvəl fikir mübadiləsi aparması vacib amildir. Çünki Ermənistanın Qərb dövlətləri ilə əlaqələrində inkişafın Azərbaycanın təhlükəsizliyi baxımından dəyərləndirilməsi lazımdır. Qeyd edək ki, İrəvan və İran arasında təhlükəsizliklə bağlı anlaşmanın imzalanmasına dair məlumatlar yayılır. Fidanın Bakıya səfəri zamanı bu mövzu da gündəm ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bir şeyə əmin idik: bu müharibə qələbə ilə başa çatacaq
14:46 02.10.2026
Gündəm
Ağdamda 15 yaşlı qız itkin düşüb
14:41 02.10.2026
Gündəm
Ohanyan saxlanıldı
14:40 02.10.2026
Region
Çinin Azərbaycana strateji dəstəyi genişlənir - ŞƏRH
14:35 02.10.2026
Gündəm
Lukaşenko: Heç vaxt Rusiyaya xəyanət etməyəcəm
14:29 02.10.2026
Dünya
Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq edib
14:25 02.10.2026
Dünya
Gəncədə avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb
14:12 02.10.2026
Hadisə
Türkiyə Mədinəyə hücuma təpki göstərdi
13:51 02.10.2026
Gündəm
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm