Hesablama Palatası nazirlikləri yoxlayacaq
Yusif Nəzərli
07:08 22.07.2022
Aktual
592
Hesablama Palatası tərəfindən ortamüddətli xərclər çərçivəsinin bəzi pilot bölmələri üzrə nəzarət tədbirləri keçirilir.
Oxu.Az-ın məlumatına görə, ilk dəfə olaraq analitik fəaliyyət çərçivəsində funksional təsnifatın “Təhsil” və “Ətraf mühitin mühafizəsi” bölmələrində müvafiq olaraq Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərində ortamüddətli xərclər çərçivəsi üzrə göstəricilərin təhlilinə başlanılıb.
Eyni zamanda, Hesablama Palatası dövlət büdcəsindən ayrılmış əsaslı xərclərin maliyyə hesabatlarında əks etdirilməsi vəziyyətini araşdırır.
Aparılan planlaşdırma işlərinin nəticələri əsasında müvafiq nəzarət tədbirinin keçirilməsi məqsədilə İş Planına əlavə edilə bilər.
Palatanın nəzarət tədbirlərinin nəticələri üzrə bir sıra dövlət orqanlarına məlumat təqdim edilib.
Tədbirlərinin nəticələri ilə bağlı zəruri addımların atılması məqsədilə 12 kənar dövlət maliyyə nəzarəti obyektinə, eyni zamanda 3 halda onların yuxarı orqanlarına auditor hesabatı və kollegiya qərarları göndərilib:
“Bir tədbir üzrə Nazirlər Kabinetinə, dörd tədbir üzrə vəsaitlərin təyinatının dəyişdirilməsi, eləcə də satınalma prosedurlarının tətbiq olunmaması, vəsaitlərin akkreditiv hesablarda saxlanılması halları ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, dörd tədbir üzrə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması, vergi və məcburi sosial ödənişlər üzrə müəyyən olunmuş nöqsanlar barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, hər bir auditlə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilib”.
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət