"Heydər Əliyev Fondu Azərbaycanın təbliğatı ilə effektiv iş ortaya qoyub”
Yusif Nəzərli
09:02 06.07.2022
Aktual
562
5 iyul 2022-ci il tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi tamam olur.Artıq 20 ildir ki, diasporumuzu təşkilatlandıran, ona dəstək göstərən dövlət qurumu fəaliyyət göstərir. Xüsusilə də son illər ərzində Diasporla İş üzrə Dövlət Komitəsi güclənən Azərbaycan dövlətçiliyinin əsas sütunlarından birinə çevrilərək, ölkəmizdən kənarda yaşayan həmvətənlərimizin birliyi, həmrəyli uğrunda böyük işlərə imza atıb.Bu gün Azərbaycan diasporunun səsi dünyanın demək olar ki, bütün ölkələrindən eşidilir. Bu da diaspor işinin düzgün şəkildə yerinə yetirilməsindən, azərbaycanlıların birlik və həmrəyliyindən irəli gəlir.
Diasporun inkişafında böyük addımlar atanlardan biri də Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevadır.Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə “Qarabağ” adlı həftəsonu Azərbaycan məktəbləri fəaliyyətlərini genişləndirir. Hazırda Ottava, Nant, Bern, Varşava, Stokholm, London kimi şəhərlərdə fəaliyyət göstərən “Qarabağ məktəbi”ndə yüzlərlə azərbaycanlı uşaq təhsil alır.Bu dəstək sayəsində 6-10 yaşlı azərbaycanlı uşaqlar üçün müasir üslubda hazırlanmış “Azərbaycan dili” dərsliyi çap edilərək xaricdəki soydaşlarımıza göndərilib.
Görülən işləri yüksək qiymətləndirən diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk "Sherg.az"a bildirib ki, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görülən işlər xaricdə yaşayan azərbaycanlı uşaqların öz dilində təhsil alması, milli ruhda böyümələrinə böyük təsir göstərir:
"Heydər Əliyev Fondu yaranan gündən bu günə qədər Azərbaycanın təbliğatı ilə bağlı uğurlu və effektiv iş ortaya qoyub. Fond dünyada Azərbaycanın dostlarının sayının çoxalması ilə bağlı beynəlxalq konfranslar, tədbirlər və layihələr həyata keçirilib. Fond fəaliyyətində xaricdə Azərbaycan diaspor təşkilatlarının birləşməsinə və milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına xüsusi önəm verir. Bu iş birbaşa olaraq Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilir. Bu gün Ottava, Nant, Bern, Varşava, Stokholm, London kimi şəhərlərdə fəaliyyət göstərən “Qarabağ məktəbi”ndə yüzlərlə azərbaycanlı uşağın təhsil alması, onların vətənlə bağlılığını gücləndirəcək. Həmçinin, milli ruhda böyümələrinə böyük təsir göstərir. Sevindirici hal odur ki, 6-10 yaşlı azərbaycanlı uşaqlar üçün müasir üslubda hazırlanmış “Azərbaycan dili” dərsliyi çap edilərək xaricdəki soydaşlarımıza göndərilib və bu onların şüurlarında Qarabağa, vətənə olan sevgilərini sönməyə qoymayacaq. Çünki hər şey təhsildən başlayır. Təhsil alan uşaqlar gələcəkdə yaşadıqları ölkənin qanun və qaydalarına riayyət etməklə yanaşı, eyni zamanda da Vətənə olan sevgiləri möhkəm,sarsılmaz tellərlə bağlı olacaqlar. Bu istiqamətdə həyata keçirilən və ortaya qoyulan işin əhəmiyyəti böyükdür. İşlər sistemli şəkildə davam edərsə, bu işin nəticəsi arzuladığımız kimi olacaq.
Fakt odur ki, xaricdə fəaliyyət göstərən erməni diasporu Ermənistanda anadan olmayan öz uşaqlarını milli ruhda böyüdürlər. Onları yalançı və qondarma tarixlə tərbiyələndirirlər. Sabah onlar yüksək vəzifələrdə çalışarkən Ermənistanın maraqlarına xidmət edirlər. Dəfələrlə beynəlxalq tədbirlərdə bunun şahidi olmuşuq. Biz də öz tariximizi gənclərimizə öyrətməliyik. Bunun üçün bizim yetərincə potensialımız var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı