"Heydər" məscidinin imamından İrana: “Zalımın sırasında yer almaqla...”
"Heydər" məscidinin imamından İrana: “Zalımın sırasında yer almaqla...”
Yusif Nəzərli
11:34 24.10.2022
Aktual
498
“Bəzən susmaq nahaqqa qarşı razılığın əlaməti və bəzən də susmaq güc qarşısında gücsüzlüyün göstəricisi olur. Bəzən də cahilə baş qoşmamaq üçün sususub keçirsən. Amma insanı əlaqələndirən elə məsələlər də vardır ki, heç bir halda susa bilmirsən.
Adda İran İslam Respublikası, qanun kitabı Qurani-Kərim, fətva verənləri Peyğəmbər varisləri, danışdıqları kəlmələr Quran ayələri və hədislər, əməl isə bunların tam muxalifi. Bu fikiləri bir imam və ya ruhani kimi irəli sürmürəm, mövzu vətənimi əlaqələndirdiyi üçün sadəcə sadə bir vətandaş kimi hiss və duyğularımı, fikir və düşüncələrimi sizlərlə bölüşürəm”.
Bu barədə “Sherg.az” "Heydər" məscidinin imamı Hacı Rüfət Qarayev bildirib . O qeyd edib ki, vətən dediyimiz torpaq, namus və qeyrətimizdir. Vətən bizim anamız və canımızdır:
“Bütöv vücudumuz bu vətənin maddə və minerallarıyla yoğruldu. Damarlarımızda axan qanımızda vətənin mineral və maddələri axdı. Genimiz bu vətənin elemetləri ilə kodlaşdı. Və.s İndi bir millətin və xalqın nümayəndəsi olaraq sual ünvanlamaq istəyirəm ki, əhalisinin 70 faizinin şiə olduğu bir ölkənin övladlarının hansı günah və qüsurları vardır ki, özünə şiə deyən bir ölkənin dövlət rəhbəri və nümayəndələri sanki şiəlik başqa mövzu, siyasət də başqa mövzudur düşüncələriylə zalımın qanlı əllərindən tutaraq, onlara havadar olduqlarını göstərir, maaddi və mənəvi dəstəklərini əsirgəmədən zülmlərinin artmasına səbəb olurlar. Düşmənə etdikləri, şəklindən və formasından aslı olmayaraq hər hansı bir yardım, mənim şəhid qardaşımın və övladımın qanına əl və dil bulamağındır. Zalımın səfində və sırasında yer almaqla yer üzündə fitnə və fasadın artmasına qapı açmağındır. Bəlkə də, bu millətin Türk olmağına olan nifrətin səni erməniyə dost və qardaş edir. Amma unutma ki, “Azərbaycan dövlətinə sionist rejim” dəstək verir deməyin bu dövləti dəstəkləyənlərə sionistin dəstəkçiləri deməyin sənin çirkin və hiyləli planının üstünü örtməyə çalışmaqdan başqa bir şey deyildir. Azərbaycan öz tapdalanmış haqqını müdafiə edir və sənin batil qarşısında susaraq seyr etdiyin dəyərlərini işğaldan azad etdi. Amma görünən budur ki, sən buna sevinmək əvəzinə Azərbaycanın düşməni ilə dostluq edir və bu işdə kimliyindən aslı olmayaraq Azərbaycana dəstək verirsə, onları özünə düşmən bilirsən”.
Azərbaycanın müstəqil, dünyəvi, demokratik, hüquqi və unitar respublika olduğunu deyən müsahibimiz diqqətə çatdırıb ki, öz ölkəmizin müdafiəsi üçün hər kəslə gözəl münasibət qurmaq haqqımızdır:
“Biz də istəyərdik ki, Azərbaycanın ən yaxın dost və qardaşları müsəlman ölkələri olsun. Amma nə edək ki, bəzən dost dediklərimiz bizi xəyal qırıqlığına uğradır və bəzən də fürsət tapdıqları zaman namərd qılınclarıyla arxadan vururlar. Azərbaycanın qeyri müsəlman ölkələriylə gözəl münasibət qurması heç bir halda əsas vermir ki, İran İslam Respublikası Erməniylə dost və qardaş olsun. Söz çox ifadə etmək çətindir. Son olaraq bunu demək istəyirəm ki, çox təəssüf!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şansınızı qaçırmayın: BÜRCLƏR üçün sentyabrın ən xoşbəxt günü
08:18 02.09.2026
Sosial
Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır?
07:37 02.09.2026
Cəmiyyət
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm