İDDİA:“Milli Məclis iş görmək istəyirsə, bələdiyyələrin səlahiyyətini artırsın”
Yusif Nəzərli
14:53 05.04.2022
Aktual
1023
Gəncə və Sumqayıtda vahid bələdiyyələr yaradılacağı haqqında müzakirələr aparılıb. Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, sonradan bu, effekt verərsə, Bakı Böyük şəhər Bələdiyyəsinin yaradılmasına baxıla bilər. Qeyd edək ki, qanunla müəyyənləşən ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları mövcuddur.
Azərbaycan Respublikası Konstitusiyası ilə və bu qanunla ixtiyarlarına verilən yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll etməlidir. Lakin bu gün həmin qurumlar öz səlahiyyətlərinə tam şəkildə yiyələnə bilmirlər. Belə bir vəziyyətdə Bakı Böyük şəhər Bələdiyyəsinin yaradılmasının nə dərəcədə real olması, necə fəaliyyət göstərəcəyi sual doğurur.
Bələdiyyələrlə bağlı “Sherg.az”a münasibət bildirən tarixçi-alim, professor Məhərrəm Zülfüqarlı onların səlahiyyətlərinin yüksək şəkildə həyata keçmədiyini vurğulayıb:
“Özüm uzun müddətdir, Sumqayıt sakiniyəm. Bilirəm ki, orada şəhər özünüidarəetmə qurumu var. Hacı Zeynalabdin qəsəbə bələdiyyəsi və Corat bələdiyyəsi də fəaliyyət göstərir. Əvvəl iki rayon özünüidarəetmə forması idi, indi ləğv edilib, Gəncə şəhər bələdiyyəsi olub. Bakıda isə, rayon bələdiyyələri var, amma şəhər versiyası yoxdur. Məncə, birinci Bakı bələdiyyələrinin formalaşması məsələsindən əvvəl səlahiyyətləri ilə bağlı müzakirə baş tutmalıdır. Hazırda bələdiyyələrin hüquqları aşağı səviyyədədir. Əksəriyyəti də icra hakimiyyətinin əlavəsinə çevrilib”.
Ekspert bələdiyyə sistemini izah edib:
“Bələdiyyənin beynəlxalq aləmdə 2 növü var: anqlo-sakson və fransız. Anqlo-sakson idarəetmədə yerlərdə prezidentin nümayəndəsi olaraq bütün səlahiyyətlər bələdiyyələrə verilir. Fransız formasında isə, həm prezidentin nümayəndəsi , həm də bələdiyyələr olur, səlahiyyətlər bölünür. Qardaş Türkiyədə də belədir. Bizdə fransız ssitemi istifadə edilsə də, bu qurumların yarandığı andan, yəni 1999-cu ildən bəri icra hakimiyyətinin əlavəsi kimi çıxış edir. Ona görə, xalq arasında nüfuza sahib deyil”.
M.Zülfüqarlı bələdiyyələrin düzgün fəaliyyət göstərməsi üçün çıxış yolu göstərib:
“Milli Məclis iş görmək istəyirsə, bələdiyyələrin səlahiyyətini artırsın. Elə edilməlidir ki, icra hakimiyyətləri bələdiyyələrə müdaxilə etməsin. Yəni yerlərdə ikihakimiyyətlilik olsun. Bir-birinə tabe olmayan 2 qurum vasitəsi ilə problemlərin həlli doğru şəkildə həyata keçirilə bilər”.
Müsahibimiz Bakı Böyük şəhər Bələdiyyəsi ilə bağlı fikrə də münasibət bildirib:
“Bakı Böyük şəhər Bələdiyyəsi ilə bağlı əvvəllər də danışıqlar baş verib. Deyirdilər, mer seçkiləri olsun. Çünki paytaxtın Şəhər İcra Hakimiyyətinin başçısı mer deyil. Bu, prezident tərəfindən təyin olunandır. Mer isə, Türkiyədəki kimi seçki yolu ilə seçilməlidir. Buna görə də, bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Bunlar konkretliyi özündə təzahür etməlidir. Xalq görəndə ki, bələdiyyələr artıq fəaliyyət göstərir, o zaman Bakı Böyük şəhər Bələdiyyəsinə seçkilər keçirmək olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya