İlham Əliyev İsveçrədə görüş keçirdi - FOTO
08:53 21.01.2020
Aktual
466
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda “Carlsberg Group” şirkətinin baş icraçı direktoru Cees’t Hart ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyev ölkəmizdə son illərdə aparılan islahatların artıq müsbət nəticələr verdiyini, bunun xüsusilə şəffaflığın və hesabatlılığın artırılması hesabına vergi və gömrük orqanlarının topladığı büdcə gəlirlərində özünü göstərdiyini qeyd edib.
Dövlətimizin başçısı ölkəmizdə investisiya və biznes mühitinin daha da əlverişli olması istiqamətində islahatların davam etdiriləcəyini, xarici və yerli investorlar üçün vergi, gömrük və digər sahələrdə proqnozlaşdırıla bilən siyasətin həyata keçiriləcəyini vurğulayıb.
Görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən “Carlsberg Group” şirkətinin baş icraçı direktoru Cees’t Hart dövlətimizin başçısı tərəfindən son illərdə aparılan uğurlu islahatlardan, Azərbaycandakı əlverişli biznes və investisiya şəraitindən məmnunluğunu ifadə etdi, bu tədbirlərin biznes və rəqabət mühitinin sağlamlaşdırılması, həmçinin şəffaflığın artırılması üçün geniş imkanlar yaratdığını vurğulayıb.
Baş icraçı direktor “Carlsberg Group” olaraq xarici investor kimi bu islahatlara hər zaman dəstək verdiklərini və bu dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib. Cees’t Hart bu imkanlardan faydalanaraq Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətində olduqlarını qeyd edib.
O, həmçinin, aidiyyəti hökumət qurumları ilə şəffaflığın, hesabatlılığın və mühasibatlılığın daha da yüksək səviyyəyə qalxması üçün əməkdaşlıq etdiklərini söyləyib.
Söhbət zamanı bildirilib ki, bu ildən başlayaraq “Carlsberg Group” şirkəti kənd təsərrüfatı sektoruna da investisiya qoyuluşunu həyata keçirəcək və bu istiqamətdə artıq pilot layihələrin icrasına başlanılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Termoslar kor edir? - Xəbərdarlıq
06:54 05.05.2026
Sağlamlıq
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil