İlyas İsmayılovun oğlunun qatilinə ömürlük cəza istənildi
17:54 04.12.2019
Aktual
502
Ədalət Partiyasının sədri, sabiq baş prokuror İlyas İsmayılovun oğlu Etimad İsmayılovu Türkiyədə qətlə yetirməkdə təqsirləndirilən şəxslərə cəza istənilib. "Report" xəbər verir ki, Türkiyədə araşdırılan cinayət işi üzrə məhkəmədə prokuror qətlin əsas təşkilatçısı və icraçısı Gözəl Dəmirova ağırlaşdırılmış ömürlük həbs cəzası istəyib.
Cinayətin törədilməsinə kömək etməkdə təqsirləndirilən Barış Aslana 15 ildən 20 ilə qədər azadlıqdan mərhumetmə cəzası istənilib.
Hər iki şəxsə qanunsuz silah saxlamağa görə əlavə olaraq 1 ildən 3 ilədək həbs cəzası da istənilib.
Qeyd edək ki, Etimad İsmayilov 2018-ci ilin sentyabrın 19-da İstanbulda öz ofisində məruz qaldığı silahlı hücum nəticəsində öldürülüb.
Hadisəni törədən Azərbaycan Daxili İşlər Nazirliyinin sabiq idarə rəisi, təqaüddə olan polkovnik Gözəl Dəmirov və sürücüsü Barış Aslan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
D.Gözəlov ifadəsində bildirib ki, E.İsmayılovun İstanbulun Floriya adlı ərazisindəki ofisində görüşüblər və borc məsələsinə görə aralarında mübahisə yaranıb. Bundan sonra G.Dəmirov silahını çıxaraq E.İsmayılova ardıcıl 3 dəfə atəş açıb.
Xatırladaq ki, G.Dəmirov 1990-cı illərin əvvəllərində Azərbaycanda polis rəisi işləyib. Bakı Soyuducu Fabrikinin direktoru olub. Onun Azərbaycan və Türkiyədə sərmayəsinin olduğu bildirilir.
E.İsmayılov hazırda Türkiyədə işləyən tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya