“İnternet üzərindən narkotik satışını həyata keçirənlər az deyil” – Qanun sərtləşdirilir!
Yusif Nəzərli
15:12 09.03.2022
Aktual
775
Müxtəlif sosial şəbəkələrdə narkotik maddələrin təbliğinin, satışının həyata keçirilməsi hallarını tez-tez müşahidə edirik. Narkotik maddələrin internet üzərindən satışını önləmək üçün cinayət məcəlləsinə dəyişiklik təklif olunub.
Dəyişikliyə görə, narkotik vasitələri və psixotrop maddələri internet üzərindən satanlar 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumedilmə ilə cəzalandırılacaq. Zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə məşğul olanları isə 10 il həbs gözləyir.
Cinayət məcəlləsinə edilən dəyişikliklə bağlı "Sherg.az"a danışan hüquqşünas Ələsgər Məmmədli bildirib ki, narkotik satışının qarşısını almaq çətindir:
“Hamımız bilirik ki, narkotik vasitələrin dövriyyəsi qadağandır. Amma zərərli maddələri satanların qarşısını almaq praktikada mümkün olmur. Belə adamlar hər yola əl atır. İnternet üzərindən satış həyata keçirənlər də az deyil.
Bunun qarşısının alınması üçün müəyyən addımlar atılır. Məsələn onlar istifadə etdikləri elektron vasitənin İP-si üzərindən rahatlıqla izlənilirlər. İnternet olmazsa, gedib başqa yol tapacaqlar.
Cəzalandırma üçün cinayət məcəlləmizdə konkret hökmlər yoxdur. Ona görə də, hakim vəziyyəti qiymətləndirərək cəza barəsində qərar verir.
Onların əvvəllər məhbus olub-olmadıqları, təhlükənin dərəcəsi ölçülür”.
Xanlar ƏLİBƏY
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm