İranla düşmənçilik səbəbi ilə Azərbaycan, Əfqanıstan, Türkiyə, İraq kimi ölkələr də neçə ildir əziyyət çəkir, bu həm də siyasi-diplomatik qalmaqaldır
Yazın artıq ikinci ayının başa çatmasına sayılı günlər qalır, amma nə yağıntılar azalır, nə də hava isinir. Qeyd edək ki, mart ayının sonlarından etibarən ölkə ərazisində intensiv yağıntıların günlərlə davam etməsi, iqlim dəyişikliyi probleminə diqqətin daha da artırıb.
Bu arada belə mülahizələr də yer alır ki ABŞ-İsrail-İran qarşıdurması zamanı ümumən Yaxın Şərq arealında hava şəraitinə təsir göstərən bəzi müdaxilələr həyata keçirilib. Buna “iqlim terroru” da deyilir.
Körfəz ölkələri üzrə araşdırmaların müəllifi, jurnalist Kənan Rövşənoğlu “Sherg.az”a açıqlamasında mülahizələrin əsassız görünmədiyini bildirdi: 
- Bəli, “iqlim terroru” iddiaları getdikcə ciddiləşir. Son həftələrdə davamlı olaraq izləyirəm, İran, Türkiyə, İraq və Azərbaycanda yağıntılar kəskin artıb, İran, İraq və Türkiyədə, hətta Suriyada su anbarları dolub daşır. Məsələn, İraqda heç zaman 100 faiz dolmayan anbarlar dolduğu üçün suyu buraxmağa məcbur olublar. İddia edilir ki, İran körfəz ölkələrində, xüsusən də BƏƏ-də yerləşən iqlim radar mərkəzini vurandan sonra bunlar olub. Orda yerləşən mərkəzlər regionda yağış buludlarını idarə edirmiş. İndi mərkəzlər vurulduğu üçün təbiət öz axarına dönüb deyə yağıntılar normaya dönüb.
K.Rövşənoğlu bildirdi ki, regionda təxminən 5-7 ildir şiddətli quraqlıq var. İran, Əfqanıstanın qərb rayonları, Azərbaycan, Türkiyə, İraqda neçə illərdir yağıntılar azalıb. İran bir neçə dəfə buna görə ABŞ-ın qurduğu radar mərkzələrini ittiham edib ki, buludları süni şəkildə qovub quraqlıq yaradırlar. Ancaq bu iddialar ciddiyə alınmırdı:
- Lakin o da faktdır ki, bir neçə il əvvəl BƏƏ rəsmən elan etdi ki, Qərb elmi mərkəzləri ilə birlikdə BƏƏ ərazisində yağış buludları yaradan sistem qurulub, bunun vasitəsilə yağış yağdırılır. Bu sistemin necə işlədiyi tam olaraq aydın olmasa da, qonşu regionda ardıcıl quraqlığın fonunda körfəzin bu tayında yağıntının süni şəkildə artması sual doğurub. İndi isə ümumiyyətlə, birdən-birə yağıntıların kəskin artması iranlıların versiyasını inandırıcı edib. Artıq Türkiyə və İraqda da bu versiya ciddi şəkildə müzakirə olunur. Doğrudur, bir qayda olaraq müharibə olan ərazilərdə anormal hava şəraiti müşahidə olunur. Görünür raket və artillerinin yaratdığı dalğalar səbəbi ilə. Ancaq dediyim kimi, İranda hətta Urmiya gölündə suyun əmələ gəlməsi göstərir ki, neçə ildir davam edən quraqlıq süni imiş.
Tədqiqatçı bildirdi ki, əgər süni bulud idarəetməsi sistemləri təsdiqlənsə bu gələcək üçün ciddi ekeloji və ərzaq təhlükəsizliyi porblemi deməkdir. Və düşmən ölkələr artıq həm də iqlimə və təbiətə müdaxilə edəcək:
- İkinci tərəfdən, bu çox qəddar və vəhşicəsinə bir hərəkətdir. İranla düşmənçilik səbəbi ilə Azərbaycan, Əfqanıstan, Türkiyə, İraq kimi ölkələr də neçə ildir əziyyət çəkir, bu həm də siyasi-diplomatik qalmaqaldır.