İran səfirliyimizə hücumu terror aktı adlandırmayacaq - Sədrəddin Soltan
Yusif Nəzərli
13:46 09.08.2023
Aktual
528
Avqustun 8-də İran İslam Respublikası Baş prokurorunun təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Mehdi Əmiri İsfahaninin rəhbərlik etdiyi, xarici işlər və digər aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri başlayıb.
Nümayəndə heyətini qəbul edən Kamran Əliyev ötən il avqustun 30-da İran İslam Respublikasına səfəri çərçivəsində prokurorluq və ədliyyə orqanlarının rəhbər şəxsləri ilə qarşılıqlı görüşlərdə hər iki ölkə vətəndaşlarının hüquqlarının qorunması, sərhəd, gömrük, ekoloji, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, humanitar və digər məsələlər barədə aparılan müzakirələrin qurumlararası fəaliyyətə müsbət təsirini qeyd edib.
Qəbul zamanı cari il yanvarın 27-də ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə əlaqədar Azərbaycan və İranın aidiyyəti qurumlarında istintaq olunan cinayət işləri barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Baş prokuror İran tərəfindən cinayət işinin tam və hərtərəfli araşdırılmasının, bütün iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunmasının, habelə, hüquq-mühafizə orqanları əməkdaşlarının hadisə vaxtı göstərdiyi fəaliyyətsizliyin, bu terror aktının törədilməsinin səbəb və hallarının yoxlanılmasının, cinayəti törətmiş və cinayətlə əlaqəsi olan bütün şəxslərə qanunla nəzərdə tutulmuş layiqli cəzanın verilməsinin zəruriliyini vurğulayıb.
Mehdi Əmiri İsfahani cari ilin yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş hücumdan təəssüf hissi keçirdiyini bildirərək, Azərbaycan xalqına, hadisə nəticəsində həlak olmuş və zərərçəkmiş şəxslərin ailə üzvlərinə başsağlığı verib. Bundan başqa, o, cinayət işinin istintaqının gedişatı barədə ətraflı məlumat verərək qısa müdət ərzində istintaqın tamamlanaraq iş üzrə qanuni qərarın qəbul olunmasının təmin ediləcəyini və təqsirli şəxslərin layiqli cəza alacağını bildirib.
Sözügedən görüşü "Sherg.az"a dəyərləndirən politoloq Sədrəddin Soltan söyləyib ki, İran tərəfi bu işi səfirliyimizə terror hücumu olduğu gün tamamlayıb:
"Çünki həmin gün terraktı törədən şəxs mətbuata çıxdı. Dünyanın heç bir yerində isə terrorçu mətbuata açıqlama vermir və yerindəcə həbs edilir. Yəni Tehran hakimiyyəti işi başladığı gün açıb. Bu səbəblə də indiki istintaq işinin uzadılması sadəcə olaraq İran tərəfinin oyunudur. Onlar Azərbaycan tərəfinin verdiyi şərtlərdən boyun qaçırmaq üçün müxtəlif manevrlərdən istifadə edir. Ümumiyyətlə birmənalı şəkildə İran səfirliyimizə olan hücumu terror aktı adlandırmayacaq. Çünki rəsmi Tehran bu hadisənin mahiyyətini məişət cinayəti kimi dəyərləndirib".
Analitik əlavə edib ki, İsfahaninin əlaqələrin bərpası üçün irəli sürdüyü məlumatlandırma cəhdi Azərbaycanı qane etmir:
"Bu rəsmi Bakının irəli sürdüyü şərtlərə əməl etmək deyil. Azərbaycanın şərtləri isə Cənub qonşumuzun Ermənistandan bizə qarşı təzyiq aləti kimi istifadə etməməsi və Qarabağdakı separatçıların müdafiəni dayandırmasıdır. Həmçinin rəsmi Bakı dövlətçiliyimizin əleyhinə olan qruplarını ekstradisiyasını da istəyir. Lakin Tehran hakimiyyəti bunlara əməl etmir. İsfahaninin mətbuatda yayılan açıqlamaları isə deməyə imkan verir ki, İran özünü xoşməramlı göstərməyə çalışaraq gözdən pərdə asır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya