İrəvan sərhədin açılmasına ümidli idi
Yusif Nəzərli
10:38 11.05.2023
Aktual
357
“Nemezis” terrorçularına qoyulan abidə Ermənistan-Türkiyə münasibətlərində gərginlik yaradıb
Ermənilər terrorçu mahiyyətlərini bir daha ortaya qoydu. Türkiyə ilə münasibətlərin normallaşma mərhələsində paytaxt İrəvanda “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılışını etdilər. Təbii olaraq Azərbaycan və Türkiyə xarici işlər nazirləri İrəvanda “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılışını pislədilər. Vurğulandı ki, terror bəşəriyyət üçün bəla və təhlükədir. Hətta Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu “Nemezis” abidəsinin sökülməsi üçün rəsmi İrəvana xəbərdarlıq etdi.
Qardaş ölkənin xarici işlər naziri bildirib ki, Türkiyə Ermənistanla normallaşma prosesində güzəştlər edib. Onun sözlərinə görə, Ankara bu addımları Azərbaycan-Ermənistan normallaşma prosesinə töhfə vermək üçün edib: “Ermənistanla münasibətlərin normallaşması istiqamətində bəzi jestlər etdik. Məqsədimiz bir tərəfdən münasibətlərin normallaşması, digər tərəfdən Azərbaycan və Ermənistan arasında sülh razılaşmasına töhfə vermək idi. İrəvanda terrorçulara “Nemezis” abidəsinin qoyulması qəbuledilməzdir. Abidənin götürülməsi üçün Ermənistana lazımi müraciətləri göndərdik. Əlavə tədbirlər görməyi də düşünürük”.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, “Nemezis” terrorçularına qoyulan abidə Ermənistan-Türkiyə münasibətlərində gərginlik yaradıb. Onun sözlərinə görə, halbuki iki ölkə arasında danışıqlarda irəliləyiş əldə edilib və İrəvan sərhədin açılmasına ümidli idi:
"Məlum abidə normallaşma prosesini əngəllədi. Ankara dialoqun uğurla davam etməsi üçün İrəvandan həmin abidənin götürülməsini tələb edib. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə bildirib ki, abidənin qoyulması Ermənistanın daxili işidir, yəni götürməyəcəklərinə işarə edib. İkinci Qarabağ müharibəsindən sonra Bakıda Hərbi Qənimətlər Parkının salınması və orada erməni hərbçilərinin maketlərinin yerləşdirilməsi də Azərbaycanın daxili işi idi. Ancaq İrəvanın bundan şikayət etmədiyi, donos yazmadığı beynəlxalq təşkilat və dövlət qalmadı. Həmin maketləri yenidən parka qaytarmaq lazımdır. Ermənilər nə zaman “Nemezis” abidəsini ləğv edərlər, biz də maketləri yığışdırarıq. Unutmayaq ki, erməni terrorçuları 100 il əvvəl Azərbaycanın da tanınmış siyasi xadimlərini qətlə yetiriblər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya