İrəvanda generallar hərbi-siyasi çevrilişə hazırlaşır
10:30 18.12.2019
Aktual
339
Vitali Balasanyan artıq bütün sərhədləri keçib. Hələ keçən ildən etibarən generalın əvvəl-axır İrəvan hakimiyyətinə müharibə elan edəcəyi proqnozlaşdırılırdı.
Axar.az xəbər verir ki, bu iddia ilə “1in.am” saytı çıxış edib. Məqalədə Balasanyanın vəzifəsindən Ermənistan hakimiyyətinə qarşı daha sərt mövqe tutmaq üçün istefa verdiyi bildirilib:
“Balasanyan vəzifəsində olarkən daha nəzarət olunan və müəyyən edilə bilən idi. Xankəndiyə qarşı siyasi və administrativ resurslarla hər şeydən öncə onun təhlükə səviyyəsini məhdudlaşdırmaq mümkün olurdu. İndi o, idarəolunmaz və qeyri-müəyyəndir”.
Məqalədə, həmçinin, Balasanyanın Serj Sərkisyanın “ağır artilleriyası” olduğu vurğulanıb. Bununla belə Artur Vanetsyana diqqət yetirən sayt onun vəzifədəykən öz səlahiyyət çərçivəsini aşdığını yazıb:
“Vanetsyan çalışırdı ki, “kölgə komanda” və özü üçün sərfəli olan siyasi gündəm yaratsın. Bəzi fikirlər var ki, o, keçmiş rejim nümayəndələri, xüsusilə də Sərkisyanın kürəkəni Mikayıl Minasyanla əlaqə qurmağa cəhd edib. Bütün ehtimallara rəğmən bir müddət əvvəl general olan çekist Paşinyan rejimini devirməyə və hakimiyyəti öz əlində toplamağa cəhd edir. Vanetsyanın göründüyü kimi ciddi siyasi ambisiyaları var və o, hansısa formada heç nə qarşısında dayanmayacaq. Balasanyan və Vanetsyan hansısa satılmış jurnalist və ya təqaüdçülərdən ibarət Vazgen Manukyanın “Vernatun”u deyil. Biz ciddi hərbi yol keçən və ciddi çekist təcrübəsinə, böyük resurslara malik komandirlərlə üz-üzəyik. Onlar müəyyən insan qruplarını və gündəmi konsolidasiya etmək gücündədirlər”.
Yazıda həmçinin yaxın zamanlarda bu iki generalın güclərini birləşdirməsinə Sərkisyanın xeyir-dua verəcəyi qeyd edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya