İşlərin əksəriyyəti görülüb
Yusif Nəzərli
06:36 26.10.2022
Aktual
356
Azərbaycan Ordusunda "Türkiyə modeli" tətbiq olunur
"Sülhdən siyasətçilər danışsa, daha yaxşı olar". Bu barədə Türkiyədə səfərdə olan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına dair suala cavabında deyib. Nazir bildirib ki, Azərbaycan komandoları sərhəddəki döyüşlərdə öz vəzifələrini uğurla yerinə yetirirlər: "Bildiyiniz kimi, hərbi hissələrin təşkili ilə də bağlı işlər görülür. Komando hərbi hissələri yaradılıb və onlar da fəaliyyət göstərir”. Z.Həsənov qeyd edib ki, Azərbaycan komandoları ötən ay sərhəddə Ermənistanın təxribatı zamanı baş vermiş döyüşlərdə öz imkanlarını nümayiş etdiriblər: "Onlar vəzifələrini uğurla yerinə yetirdilər. Digər məsələlər də uğurla həyata keçirilir”.
"Bir sıra müqavilələr imzalanıb"
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib ki, Azərbaycan Ordusu Türkiyədə keçirilən “Saha Expo" sərgisində nümayiş olunan əksər silahlarla maraqlanır. Nazir artıq bir sıra müqavilələrin imzalandığını diqqətə çatdırıb: "Baxırıq, müzakirələr aparırıq. Xüsusən qeyd etmək istərdim ki, son illərdə Türkiyədə silah istehsalında böyük işlər görülüb. Bu, bizi sevindirir. Artıq müqavilələrimiz də var".
Nazir Azərbaycan Ordusunda “Türkiyə modeli”nin tətbiqi üzrə görülən bir sıra işləri də açıqlayıb: “İşlərin əksəriyyətini görmüşük. Təşkilatı ştat strukturu dəyişib, sistem, əsasən idarəetmə dəyişib. Bu, uğurla tətbiq olundu. Bu, son döyüşlərdə də özünü göstərdi”.
"Türkiyənin müdafiə sənayesi sahəsində çox böyük irəliləyiş var"
Zakir Həsənovun sözlərinə görə, son illərdə Türkiyənin müdafiə sənayesi sahəsində çox böyük irəliləyiş var: "Bildiyiniz kimi, bizim Türkiyə Silahlı Qüvvələri ilə çox sıx əməkdaşlığımız var. Cənab Prezidentin tapşırığı ilə Ordumuzun Türkiyə Silahlı Qüvvələrinə uyğun qurulması istiqamətində irəliləyirik, böyük işlər görürük. Təbi ki, bu məsələdə silah təchizatı və ordunun ən müasir silahlarla təmin edilməsi vəzifəsi dayanır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şansınızı qaçırmayın: BÜRCLƏR üçün sentyabrın ən xoşbəxt günü
08:18 02.09.2026
Sosial
Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır?
07:37 02.09.2026
Cəmiyyət
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm