
İsrail-Fələstin münaqişəsi: HƏMAS tərəf kimi tanınacaq?
11:29 16.02.2024
Aktual
522
İsrail fələstinlilərlə daimi sülh razılaşmasına nail olmaq üçün beynəlxalq təzyiqləri rədd edir.
Bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Belə bir razılaşma ilkin şərt olmadan yalnız tərəflər arasında birbaşa danışıqlar yolu ilə əldə olunacaq”, - deyə Netanyahu bildirib.
O, qeyd edib ki, İsrail Fələstin dövlətinin birtərəfli qaydada tanınmasına qarşıdır. Netanyahunun sözlərinə görə, bu, terrorizmə görünməmiş mükafat olacaq və gələcəkdə hər hansı sülh nizamlanmasının qarşısını alacaq.
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan "Sherg.az"a bildirib ki, İsrail Qəzza zolağında keçirdiyi əməliyyatla həmin ərazidə HƏMAS kimi silahlı qrupların olmasına yol verməyəcəyini bəyan edir:
“Eyni zamanda bunu İsrail dövləti üçün təhlükə mənbəyi sayır. Oktyabrın 7-dən davam edən silahlı toqquşmada əsas hədəfləri Qəzza zolağını silahsızlaşdırmaq və oradakı anti-İsrail qüvvələrini sıradan çıxarmaqdır. Həmçinin İsrail hökümətinin əsas hədəflərindən biri HƏMAS liderlərini neytrallaşdırmaqdır. Bundan sonrakı mərhələdə Fələstin dövlətinin İsrail, ABŞ və Fransa kimi dövlətlər tərəfindən tanınmasından söhbət gedə bilər. Çünki Fələstini dünyanın 70-ə yaxın ölkəsi dövlət olaraq tanıyır. O cümlədən Azərbaycan və Türkiyə də Fələstini dövlət olaraq qəbul edir. ABŞ və Böyük Britaniya isə bölgədə iki dövlət, iki xalq prinsipini dəstəkləyir. Yəni Fələstin və İsrail dövlətinin olmasına dəstək verirlər. Burada hansı sərhədlər daxilində dövlətin tanınması istiqamətində müəyyən şərtlər var. Məsələn, bir qrup iddia edir ki, Fələstin 1967-ci il sərhədlərinə uyğun olaraq qurulsun. Rəsmi Təl-Əviv buna qəti şəkildə narazıdır. Eyni zamanda İsrail regionda silahlı qruplaşmaların ona qarşı mövcudluğunu da qəbul etmir”.

Ekspert onu da vurğulayıb ki, İran başda olmaqla bir sıra ölkələr HƏMAS-la İsrail arasında hansısa razılaşmanın baş tutmasına çalışır:
“Əgər HƏMAS-la razılaşmalara gedilsə, İsrail HƏMAS-ı tərəf kimi tanıyacaq. Bu isə ABŞ, Böyük Britaniya və İsrailin HƏMAS-ı terrorçu kimi tanıması fonunda attıqları addımların yanlış olduğunu sübut edəcək. Ona görə də İsrail HƏMAS-ı tərəf kimi tanımamaq üçün razılaşmaya getməyəcək. Sadəcə olaraq hümanitar sahələr üzrə vasitəçilər ilə danışıqlar ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm