Tramp İranla münaqişənin tezliklə bitəcəyinə əmindir

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin tezliklə həll olunacağına əminliyini bir daha ifadə edib.

"Müharibə bitəndə neftin qiyməti xeyli aşağı düşəcək və bu, tezliklə baş verəcək", - deyə Amerika lideri Ağ Evin Cənub Çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Tramp əvvəllər də münaqişənin tezliklə başa çatacağını deyib.