Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır

Avropa İttifaqına üzv ölkələrin səfirləri oktyabrın 7-də Rusiyaya qarşı 22-ci sanksiyalar paketini müzakirə edəcəklər.

Bu barədə “Reuters“ Avropalı diplomatlara istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, yeni paketə 1570 hüquqi və fiziki şəxsin Aİ-nin sanksiya siyahısına salınması daxildir.

Bununla da Rusiyaya qarşı sanksiyalar siyahısının həcmi təxminən 50 faiz artacaq. Lakin yeni paketdə digər mühüm iqtisadi tədbirlərin yer almayacağı bildirilir.

Qeyd edək ki, Aİ-nin sanksiya siyahısına salınan şəxslərin İttifaq ərazisinə girişinə qadağa qoyulur və onların Aİ ərazisindəki aktivləri dondurulur.