İsrail ordusu Qəzzanı vurdu

İsrail ordusu HƏMAS-ın Qəzzadakı obyektlərinə zərəbələr endirib.

Bu barədə İsrail ordusu məlumat yayıb.

Məlumatda zərbələrin HƏMAS tərəfdən İsrail ərazisinə raket, hava şarları vasitəsilə atılan bombalara cavab xarakteri daşıdığı bildirilib.

“Biz HƏMAS-ın Qəzzadakı silah hazırlayan yeraltı infrastrukturlarına cavab zərbələri endirdik”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bir müddət əvvəl Qəzzanın Fələstin sektorundan İsrail ərazisinə 3 raket atılmışdı. Raketlərdən 3-ü İsrail hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilmişdi.