İsraildə mədəaltı vəzi xərçənginə qarşı vasitə yaradıldı
07:39 20.12.2019
Aktual
424
Tel-Əviv Universitetinin tibb fakültəsinin professoru Malka Koen-Armon mədəaltı vəzinin xərçəngi ilə mübarizə aparacaq məhlulu kəşf etdiyini bəyan edib. “Bizim araşdırma qrupumuz PJ34 molekulunun siçanlara təsirinin yoxlanılmasını bitirib”, - deyə o qeyd edib.
“RİA Novosti” xəbər verir ki, professor alınan nəticələrin möhtəşəm olduğunu bildirib.
“Müalicəni bir aylıq dayandırdıqdan sonra nə baş verdiyini yoxladıq. Gistologiya nəticələri xərçəng hüceyrələrinin 90%-nin yox olduğunu göstərib”, - deyə M.Koen-Armon əlavə edib.
Mütəxəssislər şişin tam yox olmadığını bildirir, çünki məhz mədəaltı vəzi xərçəngi zamanı şişin yarısı xərçəng hüceyrələrinin inkişaf etməsinə kömək edən sağlam hüceyrələrdən ibarət olur.
Nəticədə, Tel-Əviv Universitetinin alimləri PJ34 molekullarının məhz xərçəng hüceyrələrini öldürdüyünü və sağlam hüceyrələrə toxunmadığını müəyyən ediblər.
“Bu zaman xərçəng hüceyrələrində nə baş verir? Bu balaca PJ34 molekulu onların içində özünü məhvetmə mexanizmini işə salır. Bu yalnız bədxassəli hüceyrələri əhatə edir. Əgər hüceyrə sağlamdırsa, molekul ona heç bir xətər yetirmir.
Başqa sözlə, biz xərçəng və sağlam hüceyrələrlə bağlı fərqli işləyən mexanizm kəşf etmişik. Buna bu balaca molekul səbəb olub. Biz onun mövcud olmasından xəbərsiz idik”, - deyə Koen-Armon vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya