İstanbulda naməlum şəxslər internet kluba silahlı hücum edib

İstanbulda naməlum şəxslər internet kluba silahlı hücum edib.

Trend-in məlumatına görə, hücum edənlər hadisə yerindən uzaqlaşa bilib.

Yaralıların olduğu deyilir, hadisə yerinə təcili yardım briqadaları cəlb edilib.

Hazırda İstanbulda hücum edənlərin axtarışları aparılır. Hücumun digər təfərrüatları məlum deyil.