İstilik energetikası mühəndisliyi üzrə 13-cü beynəlxalq konfrans keçiriləcək
08:47 05.12.2019
Aktual
412
Kanadada yerləşən Ryerson Universiteti ilə əməkdaşlıq çərçivəsində Bakı Mühəndislik Universitetində (BMU) 12-14 iyun 2020-ci il tarixində “İstilik energetikası mühəndisliyi üzrə 13-cü beynəlxalq konfrans: nəzəriyyə və tətbiq” mövzusunda tədbir keçiriləcək.
Beynəlxalq tədbirə 20 müxtəlif ölkədən 40 alim dəvətli professor qismində olmaqla iki yüzə yaxın əcnəbi alimin iştirakı nəzərdə tutulur. Məqalələrin qəbul olunması üçün son tarix 3 yanvar 2020-ci ildir (www.beu.edu.az, www.ictea.ca).
Konfransın keçirilməsində əsas məqsəd eksperimental, analitik, nəzəri istilik energetikası və enerji mühəndisliyinin tətbiqi ilə məşğul olan tədqiqatçıları bir araya toplamaqdır. Tədbirdə irəli sürülən mövzular istilik enerjisində şərti və inkişaf etməkdə olan tədqiqat sahələri ilə bağlıdır. Konfrans tərəfindən qəbul olunmuş və qeydiyyatdan keçən məqalələr nəşr olunaraq, Tomson Reyter, “Scopus” məlumat bazasında indeksləşdiriləcək.
Onu da qeyd edək ki, konfrans “Mikro/nano istilik ötürülməsi”, “Ərimə və bərkimə”, “Bərpa olunan enerji”, “Hibrid enerji saxlama sistemləri”, “Ekologiya mühəndisliyi”, “Ekosistemdə istilik və kütlə ötürülməsi” və digər mövzuları əhatə edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya