Keçmiş məmur Paşinyanı məhkəməyə verdi
19:32 11.12.2019
Aktual
486
Ermənistanın təbiəti mühafizə və təbii ehtiyatlar üzrə təftiş orqanının rəis müavini İqor Sarkisyan baş nazir Nikol Paşinyanı məhkəməyə verib. Virtualaz.org “Rusarminfo”ya istinadən bildirir ki, bu barədə “Dataleks” məhkəmə-informasiya sistemi məlumat verib.
Bildirilib ki, Sarkisyan işdən çıxarılması barədə baş nazirin qərarının etibarsız sayılmasını tələb edib. Bununla da keçmiş məmur vəzifəsinə bərpa olunmağı istəyir.
Məlumata görə, Nikol Paşinyan oktyabrın 23-də Sarkisyanı tutduğu vəzifədən azad edib. Onunla birlikdə qurumun digər rəis müavini Armen Akopyan da tutduğu vəzifədən uzaqlaşdırılıb. İqor Sarkisyanın işdən azad edilməsi ilə bağlı rəsmi məlumat yayılmayıb. Ancaq KİV-in araşdırmasına əsasən, onun işdən uzaqlaşdırılması Ermənistandakı Amulsar qızıl yatağı ilə bağlı mövcud problemlə bağlıdır.
Bir müddət əvvəl Nikol Paşinyan baş müşavirləri Arsen Qasparyan və Aram Qaribyan, eləcə də müşaviri Mqer Saakyanı da vəzifədən azad edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya