Kəlbəcərdə növbəti təxribat:“Səbəbkar Rusiya sülhməramlılarıdır”
Yusif Nəzərli
13:28 09.12.2021
Aktual
542
Dekabrın 8-i dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribat törədib. Nəticədə hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.
Xatırladırıq ki, dekabrın 15-də Brüsseldə Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın görüşü planlaşdırılıb. Görüş öncəsi Ermənistan atəşkəsi pozmaqla öz məkrli niyyətini ortaya qoydu.
Görünür, Ermənistan ağalarının arxasında gizlənərək “Dəmir yumruq”dan qoruna biləcəyini düşünür. 44 günlük Vətən savaşında erməni hərbçiləri arxalarına baxmadan qaçdıqlarını unutdularmı? N.Paşinyan kapitulyasiya aktını hansı küncdə imzaladığını yaxşı xatırlayar.
Ermənistanın törətdiyi təxribatla bağlı “Sherg.az”a danışan Əməkdar jurnalist, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli vurğulayıb ki, problemin əsas səbəbkarı Rusiya sülhməramlılarıdır:
“Bu məsələdə erməni güclərinin özbaşınalığı və hərc-mərcliyi aydın şəkildə görsənir. Digər tərəfdən problemin səbəbkarı Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarıdır. Onlar sülhməramlı missiyanın nədən ibarət olduğunu hələ başa düşməyiblər, ya da başa düşmək istəmirlər. Sülhməramlılar missiyalarını yerinə yetirərkən hərbi və siyasi vəziyyəti dərindən öyrənməli idilər. Sülhməramlı qüvvələrin komandanlarının separatçı qüvvələrin başçıları ilə isti münasibətləri göstərdi ki, sülhməramlılar tərəf tuturlar”.
İ.Rüstəmli qeyd edib ki, konkret addımlar atılmazsa, təxribatlar davam edəcək:
“Bunun qarşısını almaq üçün ilk olaraq sülhməramlılara vəzifələri bir daha xatırladılmalıdı. Həmçinin Azərbaycan Ermənistanla sərhəddə buraxılış məntəqəsi yaratmalı və oradan keçən ermənilərin yoxlanılması məsələsini öz üzərinə götürməlidi. Ermənilər dünyaya konfliktin bitmədiyi mesajını göndərirlər. Onlar hələ dərk etməyiblər ki, Qarabağ problemi həllini tapıb. Üçtərəfli istiqamətdə qazanılmış razılaşmanın statusunu zəiflətməyə çalışırlar”.
Xanlar Əlibəy
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm