Kişilərin daha çox koronavirusa yoluxmasının səbəbi açıqlandı
06:18 13.02.2020
Aktual
476
Kişilər koronavirusa qarşı daha həssasdır. Bu barədə “İzvestiya” araşdırmalara və ekspert rəylərinə istinadla xəbər yayıb. Bildirilir ki, Çin Milli Səhiyyə Komissiyası ölkə xəstəxanalarında ilk ölümlərin yaş-cins tərkibini təhlil edib və koronavirusdan ölənlərin üçdə ikisinin kişilər olduğunu müəyyənləşdirib.
Rusiyalı mütəxəssislər bunu kişilərin daha çox siqaret çəkməsi ilə əlaqələndirib.
Daha bir versiyada isə bu, kişilərin xəstəliklərə qarşı genetik dözümsüzlükləri ilə əlaqələndirilib.
Rusiya Xalqlar Dostluğu Universitetinin Hi-Clinic Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin müdiri Danila Konnov kişilərdə virusa yoluxma ehtimalının çox olmasını onların sosial aktivliyi ilə əlaqələndirib. Onun sözlərinə görə, Çində kişilər daha çox ünsiyyətdə olurlar və bir-biriləri ilə görüşəndə əl sıxırlar. O həmçinin, qadınların tibbi yardım üçün daha az müraciət etmələrinin də statistikaya təsir edə biləcəyini ehtimal edib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Federasiyasının Səhiyyə Nazirliyi “Koronavirus 2019-nCoV”un daha çox 35-50 yaşlı kişilər üçün təhlükəli olduğu barədə məlumat yaymışdı. Bildirilmişdi ki, virusun bu ştammı irqindən və sosial vəziyyətindən asılı olmayaraq, 35-50 yaşlarında olan kişilər üçün daha böyük təhlükə yaradır – məhz onlar ölənlər və yoluxanlar arasında mütləq əksəriyyəti təşkil edir. Uşaqlar və hamilə qadınlar isə demək olar ki, yoluxmurlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə