Köçəryanın həbsdən çıxması üçün komissiya yaradıldı
17:10 18.12.2019
Aktual
383
Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbsdən azad olunmasını tələb edən komissiya yaradılıb. Bu barədə Ermənistan parlamentinin keçmiş deputatı, “Daşnaktsutyun” partiyasının sabiq üzvü Aqvan Vardanyan deyib.
“Bir müddət əvvəl yüzə yaxın ictimai, siyasi, mədəni, idman dairələrinin nümayəndələri Koçaryanı dəstəkləyən bəyanat vermişdilər. Onlar hakimiyyəti şəxsi ambisiyalardan güclü olmağa, məhkəmə sisteminə təzyiqləri dayandırmağa çağırıblar. Həmçinin, Koçaryanın sərbəst buraxılmasının sosial həmrəyliyə təkan verəcəyinə ümid etdiklərini də söyləyiblər", - deyə Vardanyan bildirib.
Onun sözlərinə görə, artıq 60 minə yaxın şəxs bu bəyanatı imzalasa da, hakimiyyətin mövqeyi dəyişməyib: “Perspektivsiz siyasət davam edir. Bu gün ictimai həyatda gərginliyin səbəbi 1 mart işinin inkişafı, Koçaryanın qanunsuz həbsidir. Aydındır ki, Köçəryana verilən ittihamın 10 nəfərin ölümünün səbəblərinin açılması ilə heç bir əlaqəsi yoxdur".
Vardanyanın fikrincə, Köçəryanın həbsdə saxlanılması dövlət üçün zərərlidir: “Onun həbsi nə dövlətə, nə də vətəndaşlara heç nə vermir. Sabiq prezident barəsində verilən həbs qətimkan tədbirini dəyişdirmək lazımdır. Bu məsələ ictimai tələbə çevrilməlidir. 60 min imzanı nəzərə alaraq, Köçəryanın həbsdən azad edilməsi məqsədini daşıyan komissiya yaradıldı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya